Şəhriyar Məmmədyarov birinci beşlikdə

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) 2016-cı ilin dekabr ayı üçün dərc etdirdiyi rapid üzrə reytinq cədvəlində dünyanın ən yüksək göstəriciyə malik beş şahmatçısı sırasındadır.

Norveçli Maqnus Karlsenin (2906) başçılıq etdiyi siyahıda həmvətənimiz 2805 xalla 5-cidir. İkinci –dördüncü pillələrdə isə ABŞ təmsilçisi Hikaru Nakamura (2839), rusiyalılar Yan Nepomnyaşi (2812) və Sergey Karyakin (2806) yer almışlar.

Reytinq cədvəlində Azərbaycan milli komandasının daha üç üzvünün adlarına rast gəlirik. Qədir Hüseynov (2714) 38-ci, Arkadi Naydiç (2672) 71-ci və Rauf Məmmədov (2670) 75-ci yerdədirlər.

FİDE qızlar arasında dünyanın ən yaxşı 100 şahmatçısının da siyahısını açıqlamışdır. Təqdirəlayiq haldır ki, Azərbaycan şahmat məktəbi siyahıda beş nəfərlə təmsil olunur. Onlardan ikisinin ilk 25 yerin sahibləri arasında olması da diqqəti cəlb etməyə bilməz.

Təmsilçilərimiz arasında ən yaxşı göstəriciyə malik Günay Məmmədzadə 2345 xalla 15-ci pillədədir. Aydan Höccətova da “100-lər”in siyahısında kifayət qədər yüksək mövqedədir – 2308 xalla 24-cü yer.

Qalan üç şahmatçımızın isə göstəriciləri belədir: 44. Ülviyyə Fətəliyeva –2268; 62. Nərmin Məmmədova – 2230; 92. Xanım ­Balacayeva – 2189.

Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında