Maqnus Karlsen ad günündə yenidən dünya çempionu oldu

Nyu-Yorkda norveçli dünya çempionu Maqnus Karlsen ilə iddiaçıların turnirinin qalibi, rusiyalı Sergey Karyakin arasında dünya şahmat tacı uğrunda matç Karlsenin qələbəsi ilə başa çatmış və o, dünya çempionu adını özündə saxlamışdır.

Matçın “əsas vaxtında” heç-heçə qeydə alınmışdır. On iki görüşdən sonra hesab 6:6 olmuşdur. Qalibi tay-breyklər müəyyənləşdirmişdir. Rapid üzrə dörd görüşdən ikisində rəqiblərdən heç biri üstünlük qazana bilməmiş, daha ikisində isə Maqnus qalib gəlmişdir—3:1. Nəticədə norveçli qrossmeyster matçda ümumi 9:7 hesabı ilə qələbə qazanaraq yenidən dünya şahmat tacına sahib olmuşdur.

Əlavə edək ki, noyabrın 30-da, Maqnus Karlsenin üçüncü dəfə dünya çempionu olub şahmat tacını daha iki il müddətinə özündə saxlamaq hüququ qazandığı gün onun 26 yaşı tamam olmuşdur. Ad gününə bundan yaxşı hədiyyə ola bilməz.

Bu arada Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2016-cı il dekabrın 1-nə olan vəziyyətə görə reytinq cədvəlini açıqlamışdır. Karlsenin (2840) başçılıq etdiyi siyahıda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2768) 12-ci mövqedədir. Milli komandamızın digər üzvlərindən Teymur Rəcəbov (2710) dünyanın ən güclü 100 şahmatçısının siyahısında 34-cü, Eltac Səfərli (2691) 49-cu, Rauf Məmmədov (2688) 55-ci, Arkadi Naydiç (2687) 56-cı pillədədirlər.

FİDE sürətli şahmatın blits növü üzrə də reytinq cədvəlini dərc etdirmişdir. Burada çinli qrossmeyster Din Lijen (2875) liderdir. Məmmədyarov (2813) siyahıda doqquzuncudur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında