İdman

"Xəzər-Lənkəran" yenə "Neftçi" ilə yerini dəyişdi
Unibank Premyer Liqası. 17-ci tur. "Simurq" - "Qarabağ" - 0:1, "Xəzər-Lənkəran" - "Gəncə" - 1:0, "Qəbələ" - "Turan" - 1:0, "Neftçi" - "Bakı" - 0:2, "Muğan" - MOİK - 1:0, "İnter" - AZAL - 1:1.
Bu turda gəncəli qonaqlarını yeganə qolla məğlubiyyətə uğradan Lənkəran klubu "Bakı" ilə görüşdə meydana vahid lider kimi çıxan "Neftçi"nin uğursuzluğundan istifadə edərək ölkə çempionatının təsnifat mərhələsinin finişinə beş tur qalmış yenidən turnir cədvəlinin birinci pilləsinə yüksəlmişdir. Uğurlu oyunlar seriyasını davam etdirən "Qəbələ" də öz növbəsində daha bir qələbə sayəsində "İnter"i dördüncü mövqedən sıxışdırmışdır. "Qarabağ"la "Bakı"nın final mərhələsinə vəsiqə uğrunda mübarizədə çox mühüm qələbə qazandıqlarını da qeyd edək, hərçənd bu klublar medallara aparan yolda ilkin məqsədə çatmaq üçün hələ çox iş görməli, qarşıdakı turlarda xal ehtiyatlarını mümkün qədər artırmağa çalışmalıdırlar.
O Q H M T X
1. "Xəzər-Lənkəran"" 17 11 4 2 20-8 37
2. "Neftçi"" 17 10 5 2 30-9 35
3. AZAL 17 9 6 2 23-9 33
4. "Qəbələ" 17 8 5 4 17-7 29
5. "İnter" 17 8 4 5 14-12 28
6. "Qarabağ" 17 8 3 6 17-12 27
7. "Bakı" 17 7 4 6 24-18 25
8. "Gəncə" 17 5 7 5 23-21 22
9. "Muğan" 17 4 5 8 8-19 17
10. "Turan" 17 2 5 10 13-26 11
11. "Simurq 17 2 4 11 10-26 10
12. MOİK 17 1 2 14 5-37 5
Növbəti turun görüşləri dekabrın 18-19-da keçiriləcəkdir: "Gəncə" - "Neftçi", "Bakı" - "İnter", MOİK - "Xəzər-Lənkəran", "Qarabağ" - "Muğan", "Turan" - "Simurq", AZAL-"Qəbələ".{nl}

Bürünc medal və 120 reytinq xalı
Azərbaycan cüdoçusu Kifayət Qasımova Tokioda "Böyük dəbilqə" turnirində uğurla çıxış etmişdir. Bu mötəbər yarışda 57 kq çəki dərəcəsində yaxşı hazırlıq nümayiş etdirən həmyerlimiz Yaponiya paytaxtında çıxışlarını bürünc medalla başa vurmuş və bu müvəffəqiyyətinə görə 120 reytinq xalı qazanmışdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında