15 yaşın mübarək, “Olimpiya dünyası”!

Bu gün Azərbaycanda Olimpiya Hərəkatının, bütünlükdə idmanın təbliği və inkişafına öz töhfələrini vermiş “Olimpiya dünyası” qəzetinin 15 yaşı tamam olur.

Həyata vəsiqə qazandığı 2001-ci il noyabrın 27-dən ötən on beş il ərzində yüzlərlə, minlərlə rəngarəng  materiallarla oxucularının görüşünə gələn qəzet idman həvəskarlarının rəğbətini qazanaraq, həyatlarını idmana həsr edənlərin sevimlisinə çevrilməyi bacarıb. Azərbaycanın idman həyatını daim diqqət mərkəzində saxlayan, beynəlxalq miqyasda baş verən hadisələr haqqında dolğun məqalələr dərc edən, Olimpiya və Paralimpiya Oyunları, dünya və Avropa çempionatları, “Qran-pri”, “Böyük dəbilqə” və digər mötəbər yarışlar barədə operativ yazıları ilə seçilən “Olimpiya dünyası” qəzetinin məqsədyönlü fəaliyyəti həmişə yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, qəzet bir çox uğurlara imza atıb, beynəlxalq mükafatlara layiq görülüb.

Qəzetin müxtəlif rubrikalar altında dərc etdiyi materiallarda insan həyatının ayrılmaz tərkib hissəsi olan bədən tərbiyəsi və idman məşğələlərinin təbliğində, sağlamlığın möhkəmləndirilməsində, gümrahlığın artırılmasında onların əhəmiyyətinə geniş yer ayrılır.

Xüsusi qeyd etmək olar ki, “Olimpiya dünyası” ilk sayının çapdan çıxdığı gündən bəri dörd Yay Olimpiya Oyunları keçirilmiş və qəzet Afina-2004, Pekin-2008, London-2012 və Rio-de-Janeyro-2016 olimpiadalarının hər birinin gedişini geniş işıqlandırmış, Azərbaycan idmanının ən yaxşı nümayəndələrinin oyunlarda çıxışları, qələbə və rekordları haqqında oxucularına ətraflı məlumat vermişdir. Bu sözləri Paralimpiya Oyunları, tarixdə ilk dəfə keçirilmiş “Bakı-2015” birinci Avropa Oyunları, “Formula-1”, 42-ci Ümumdünya Şahmat Olimpiadası və digər mötəbər yarışlara da aid etmək olar.

Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətində onun yaxın köməkçisi olan “Olimpiya dünyası” 2001-ci ilin noyabr ayından bugünədək şərəfli bir yol  keçib, ölkəmizdə Olimpiya Hərəkatının inkişafına sədaqətlə xidmət edib, dövlətimizin idman siyasətinin həyata keçirilməsinə layiqli töhfələr verib, yarış meydanlarında baş verən hadisələri yüksək səviyyədə, idmana böyük məhəbbətlə təbliğ edib.

Bir sözlə, Azərbaycanda Olimpiya Hərəkatına, idmanımıza xidmət etmək kimi xeyirxah bir işə köməyini əsirgəməyən “Olimpiya dünyası” 15 il ərzində həyata keçirdiyi müxtəlif tədbirlərdən razı qala bilər. Biz də öz növbəmizdə qəzetin kollektivini əlamətdar hadisə münasibətilə təbrik edir, ona ən xoş arzularımızı bildiririk.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında