Kyokuşin karate üzrə Azərbaycan yığma komandası Avropada birinci olmuşdur

Litvanın paytaxtı Vilnüsdə 18-22 yaşlılar arasında kyokuşin karate üzrə ikinci Avropa çempionatı keçirilmişdir.
Azərbaycan Kyokuşin Karate Federasiyasından AzərTAc-a bildirmişlər ki, 18 ölkədən 212 idmançının yarışdığı çempionatda kyokuşin karate üzrə yığma komandamız uğurla çıxış etmişdir.
Çempionatda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Nail Quliyev keçirdiyi bütün görüşlərdə rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Digər idmançımız-Valeh Cəfərov (65 kq) yarışda ağır beyin travması almasına baxmayaraq, 3 döyüşünü müvəffəqiyyətlə başa vurmuş, lakin finalda xal hesabı ilə uduzaraq turnirin gümüş medalına sahib olmuşdur.
Ümumi komanda hesabında Azərbaycan yığması Avropada birinci olmuşdur.
Kyokuşin karatenin banisi Masutatsu Oyamadır. Əksər dövlətlərin güc strukturları hərbi döyüş növü kimi məhz karatenin bu növündən istifadə edirlər. 1996-cı ildə ölkəmizdə kyokuşin karate növü üzrə ilk klub rəsmi olaraq fəaliyyətə başlamış, iki il sonra isə Azərbaycan Kyokuşin Karate Federasiyası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Azərbaycan Kyokuşin Karate Federasiyasının prezidenti, beşinci dan şıxan Allahverdi Rüstəmovun başçılığı altında hazırda ölkəmizin əksər şəhər və rayonlarında 3 minə yaxın idmançı karatenin bu növü ilə məşğul olur.

{nl}

{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında