İdman

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Avropa çempionatının azərbaycanlı mükafatçıları

 

Azərbaycan idmançıları Sofiyada yenicə başa çatmış qadınlar arasında boks üzrə Avropa çempionatında dörd medal qazanmışlar.

Təmsilçilərimiz arasında ən böyük müvəffəqiyyətə Yelena Vıstropova nail olmuşdur. O, 69 kq çəki dərəcəsində bütün rəqiblərinə, o cümlədən finalda türkiyəli Sema Çalışkana qalib gələrək, Bolqarıstan paytaxtını Avropa çempionu kimi tərk etmişdir.

Anna Əlimərdanova da finalda döyüşmüş, ancaq həlledici görüşdə bolqarıstanlı Stanimira Petrovaya uduzub 54 kq çəki dərəcəsində gümüş mükafatçı olmuşdur.

Daha iki boksçumuz Leyla Cavadova (81 kq) və Aynur Rzayeva (81 kq-dan yuxarı) isə Avropa çempionatında çıxışlarını bürünc medalla başa vurmuşlar.

 

Startda uğursuzluq

 

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən futzal üzrə UEFA kuboku yarışlarının elit mərhələsinin start turu Azərbaycanın “Araz” komandası üçün uğursuz olmuşdur. Təmsilçimiz turnir sahiblərinin “Nasional” komandası ilə gərgin mübarizə şəraitində davam edən oyunda 1:2 hesabı ilə uduzmuşdur.

Bu rəqiblərin çıxış etdikləri 2-ci qrupun digər görüşündə Rusiyanın “Qazprom-Yuqra” komandası Almaniyanın “Hamburq” klubunu dörd cavabsız qolla məğlubiyyətə uğratmışdır – 4:0.

“Araz” ikinci oyunu dünən axşam rusiyalı futzalçılara qarşı keçirmiş, sabah isə “Hamburq” ilə görüşəcək.

Artıq xəbər verdiyimiz kimi, “Dördlər finalı”na yalnız qrupun qalibi vəsiqə ­qazanacaq.

 

Növbəti heç-heçə

 

Dünya çempionu Maqnus Karlsen (Norveç) ilə iddiaçıların turnirinin qalibi Sergey Karyakin (Rusiya) arasında Nyu-Yorkda keçirilən dünya şahmat tacı uğrunda matçın doqquzuncu görüşündə ağlarla Karyakin oynamışdır. Rəqiblər 74 gedişdən sonra heç-heçəyə razılaşmış və hesab  rusiyalı qrossmeysterin xeyrinə 5:4 olmuşdur.

Dünən axşam rəqiblər onuncu görüşdə mübarizə aparmışlar. Ağ fiqurlarla Karlsen oynamışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında