İ d m a n

 

 

 

 

 

 

 

 

 

 

 

“Qarabağ” və “Qəbələ” üçün növbəti Avroliqa sınaqları

 

Bu gün Azərbaycanın “Qarabağ” və “Qəbələ” komandaları UEFA Avropa Liqası turnirinin qrup mərhələsində beşinci turun görüşlərini keçirəcəklər.

Ölkə çempionumuz “Ağdam” klubu rəqib meydanında Çexiyanın “Slovan” komandasının qonağıdır. Bakı vaxtı ilə saat 22.00-da başlanacaq oyunu Stefan Yohannessonun başçılığı ilə isveçli hakimlər briqadası idarə edəcəkdir.

Bu rəqiblərin çıxış etdikləri “J” qrupunda lider “Fiorentina” (İtaliya) 10 xal toplamışdır, ikinci pillədə irəliləyən “Qarabağ”ın 7 xalı var. PAOK (Yunanıstan) 3, “Slovan” isə 1 xala malikdir.

“Bakcell Arena”da “Qəbələ”—“Anderlext” (Belçika) görüşünə saat 20.00-da start veriləcək. UEFA bu oyunda hakimliyi Ukrayna Futbol Federasiyasının nümayəndələrinə həvalə etmişdir. Baş hakim funksiyasını Yevgeni Aranovski yerinə yetirəcəkdir.

Finişə iki tur qalmış “C” qrupunun turnir cədvəlinə başçılıq edən “Sent-Etyen” (Fransa) və “Anderlext” komandalarının hərəyə 8, “Maynts”ın (Almaniya) 5 xalı var. Qrupda pley-off mərhələsinə iki vəsiqə uğrunda mübarizə də məhz bu üç klub arasında gedir. “Qəbələ” təəssüf ki, hələlik xal qazana bilməyib. Bununla belə, təmsilçimizin “Anderlext” ilə oyunu az maraq doğurmur.

 

9-cu “Qızıl Qran-pri”

 

Bakı İdman Sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş 9-cu “Qızıl Qran-pri” beynəlxalq güləş turnirinin final mərhələsi start ərəfəsindədir.

Milli Güləş Federasiyası saytının bu barədə yaydığı xəbərdə bildirilir ki, yarışın mükafatları uğrunda ­50-dən çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparacaq.

Azərbaycan ənənəvi turnirdə 59 iştirakçı ilə təmsil olunacaq. Yarış bu gün sərbəst güləşənlərin görüşləri ilə başlanacaq. Noyabrın 25-də qadın güləşçilər qalib və mükafatçıları müəyyənləşdirəcəklər. Ertəsi gün isə yunan-Roma güləşi ustaları xalça üzərinə dəvət olunacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında