Nyu-Yorkda ilk qələbəni Karyakin qazandı

 Norveçli dünya çempionu Maqnus Karlsen ilə iddiaçıların turnirinin qalibi rusiyalı Sergey Karyakin arasında Nyu-Yorkda davam edən dünya şahmat tacı uğrunda matçda nəhayət, ilk qələbə qazanılmışdır.

Ardıcıl yeddi heç-heçədən sonra səkkizinci görüşdə  rusiyalı qrossmeyster qara fiqurlarla 53-cü gedişdə dünya çempionunu məğlubiyyətlə barışmağa məcbur etmiş və  hesabda irəli çıxmışdır – 4,5:3,5.

Dünən matçda istirahət günü idi. Bu gün rəqiblər doqquzuncu görüşdə mübarizə aparacaqlar. Ağlarla Karyakin oynayacaq.

Yarışın reqlamentinə görə on iki görüş keçirilməlidir. Əgər hesab 6:6 olarsa, dünya çempionunu noyabrın 30-da tay-breyklər müəyyənləşdirəcək.

O. BAYRAMOV,
“Xalq qəzeti” 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında