Liderlər fərqi artırırlar

“Qarabağ”–“Kəpəz”–1:0, “Qəbələ”–“Zirə”–1:0, “Sumqayıt”–“Neftçi”–2:0, “İnter”–AZAL–3:0. Bu nəticələrdən göründüyü kimi, Topaz premyer liqasının 12-ci turunda qollara, qələbə və xallara sevinən tərəf yalnız “doğma divarlar” arasında oynayan komandalar olmuşlar. Qonaqların üst-üstə dörd görüşdə xal qazana bilməmələri qalsın bir yana, onlar heç bir top belə vura bilməmişlər. Deməli, idmanda, xüsusən də futbolda meydan sahibi amili az əhəmiyyət kəsb etmir.

Bu turdan sonra turnir cədvəlinin ən yüksək pillələrində elə bir ciddi dəyişiklik baş verməmişdir. Qoşa liderlər “Qəbələ” və “Qarabağ” (hər ikisinin 28 xalı var) arasındakı məsafə dəyişməmiş, onların ən yaxın izləyicisi və ötən turun ən məhsuldar komandası “İnter” (23 xal) isə üçüncü pillədə öz mövqeyini bir qədər də möhkəmləndirmişdir. Hazırda 14 xalla dördüncü yeri tutan “Zirə”nin “İnter”dən 9 xal geri qaldığını nəzərə alsaq, bugünkü liderlər üçlüyünə çatmaq çətin olacaq.

Noyabrın 27-29-na təyin edilmiş 13-cü turda azarkeşlər “Kəpəz”–“Neftçi”, AZAL–“Sumqayıt”, “Zirə”–“İnter”, “Qarabağ”–“Qəbələ” görüşlərini izləmək imkanı qazanacaqlar. Bu turda liderlərin mübarizəsi diqqət mərkəzində olacaq. Rəqiblərdən hər hansı birinin qələbəsi onu turnir cədvəlində vahid lider edəcək.

Hələlik isə futbol ictimaiyyətimizin diqqəti yenidən UEFA Avropa Liqası turnirinə yönələcək. Avroliqanın qrup mərhələsinin beşinci turu starta çıxır. Noyabrın 24-də “Qarabağ” Çexiyada “Slovan”a qarşı çox mühüm görüş keçirəcək, “Qəbələ” isə “Anderlext”i (Belçika) qəbul edəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında