İDMAN

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Deyəsən, daş qayaya rast gəlib

 

Dünya çempionu Maqnus Karlsenlə (Norveç) iddiaçıların turnirinin qalibi Sergey Karyakin ( Rusiya) arasında Nyu-Yorkda keçirilən dünya şahmat tacı uğrunda matçda, deyəsən, daş qayaya rast gəlib. On iki oyundan ibarət matçın altı görüşü artıq arxada qalsa da, hələ rəqiblərdən heç biri digərinə öz üstünlüyünü sübuta yetirə bilməyib.

Ağlarla Karyakinin oynadığı altıncı görüşdə qrossmeysterlər 32 gedişdən sonra heç-heçəyə razılaşıblar. Yarışın birinci yarısından sonra hesab 3:3-dür. Dünən matçda istirahət günü idi. Bu gün yeddinci görüş keçiriləcək. Reqlamentə görə, ağlarla yenə rusiyalı qrossmeyster oynayacaq.

Əgər matçın qarşıdakı altı görüşündə də rəqiblər yalnız heç-heçələrlə kifayətlənsələr və finişdə hesab 6:6 olsa, yarışın qalibini və dünya şahmat tacının sahibini tay-breklər müəyyənləşdirəcək. Qısa görüşlər noyabrın
30-na nəzərdə tutulub.

 

Zaqreb “Araz”ı gözləyir

 

Xorvatiya paytaxtında futzal üzrə UEFA kuboku yarışlarının elit mərhələsi artıq start ərəfəsindədir. Zaqrebdə Azərbaycanın “Araz” komandasının rəqibləri meydan sahiblərinin “Nasional”, Almaniyanın “Hamburq” və Rusiyanın “Yuqra” klubları olacaq. Elit mərhələnin ikinci qrupunda çıxış edən bu komandalardan ən yaxşısı gələn ilin aprel ayında keçiriləcək “Dördlər finalı”na vəsiqə qazanacaq.

Cəmisi isə elit mərhələdə 16 komanda yarışacaq. Onlar dörd qrupa bölünmüşlər. Qrupların qalibləri həlledici görüşlərdə oynamaq hüququ qazanacaqlar.

“Araz” Zaqreb turnirinə noyabrın 23-də “Nasional”a qarşı görüşlə başlayacaq, ertəsi gün Rusiya təmsilçisi ilə “münasibətləri aydınlaşdıracaq”, noyabrın 26-da isə “Hamburq”la oynayacaq.

Şübhəsiz, bu rəqiblərin hər biri indi yalnız birinci yer haqqında düşünür. Onlardan kimin arzusunun həyata keçəcəyini turnirin sonuncu günü biləcəyik.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında