İdman xəbərləri

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Superliqada “Telekom” liderdir

 

Qadın voleybol komandaları arasında Azərbaycan Superliqasında üç turun oyunları arxada qalmışdır. Üçüncü turda “Telekom” voleybolçuları “Lokomotiv”lə oyunun taleyini üç hissədə öz xeyirlərinə həll etmişlər. Gərgin mübarizə şəraitində davam edən digər görüşdə isə “Azərreyl” komandası “Azəryol” üzərində çətin qələbə qazanmışdır – 3:2.

Üç turdan sonra turnir cədvəlinə “Telekom” başçılıq edir. Liderin hesabında 8 xal var. İkinci-üçüncü yerləri tutan “Azərreyl” və “Azəryol” müvafiq surətdə 6 və 4 xal toplamışlar.

Veteran cüdoçular ABŞ-da görüşürlər

 

Bu gün Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında cüdo üzrə dünya çempionatına start veriləcəkdir. Üç gün davam edəcək yarışda 55 ölkədən ötən illərin 1000 nəfərə yaxın tatami ustası mübarizə aparacaq.

Azərbaycan Cüdo Federasiyası saytının bu barədə yaydığı xəbərdə bildirilir ki, turnir iştirakçıları arasında ölkəmizin təmsilçiləri də olacaq.

 

Medallara 500-ə qədər iddiaçı

 

Dekabrın ortalarında Estoniyanın paytaxtı Tallinndə keçiriləcək blits və rapid üzrə Avropa çempionatının medalları uğrunda 500-ə qədər şahmatçı mübarizə aparacaq. Qitə birinciliyində Azərbaycanı milli komandamızın üzvləri Teymur Rəcəbov, Rauf Məmmədov və Arkadi Naydiç təmsil edəcəklər.

Çempionat məşhur Estoniya şahmatçısı Paul Keresin anadan olmasının 100 illiyinə həsr edilən yarışlar proqramına daxildir. Reytingə görə, iştirakçıların siyahısına Rəcəbov (2788), rusiyalı Dmitri Andreykin (2743) və belaruslu Sergey Jiqalko (2728) başçılıq edirlər.  Naydiç (2672) siyahıda 19-cu, Məmmədov (2670) isə 20-ci mövqedədir.

Rəqiblər əvvəlcə dekabrın 15-16-da rapid yarışında mükafatçıları müəyyənləşdirəcək, sonra isə blits turnirində görüşəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında