İ d m a n X Ə B Ə R L Ə R İ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Odlar Yurdu” birinci beşlikdə

 

Serbiyanın Novi-Sad şəhərində şahmat üzrə klublararası Avropa kuboku yarışı finişə çatmışdır. Kişi komandalarının turnirində 62, qadınların yarışında 14 komanda mübarizə aparmışdır. Azərbaycanın “Odlar Yurdu” komandası həm kişilərin, həm də qadınların turnirində beşinci olmuşdur.

Rauf Məmmədov, Teymur Rəcəbov, Qədir Hüseynov, Arkadi Naydiç, Eltac Səfərli, Emil Sutovski, Vasif  Durarbəyli və Nicat Abasovdan ibarət heyətimiz 14 mümkün xaldan 11 xal toplamış və həmin nəticə ilə ikinci-dördüncü yerləri tutan “Mednı Vsadnik”, ŞSM (hər ikisi Rusiya) və “Aşdod” (İsrail) klublarından yalnız əlavə göstəricilərə görə geri qalmışdır. Qızıl medalları isə “Alkaloid” (Makedoniya) qazanmışdır.

“Odlar Yurdu”nun qadın komandası da beşinci olmuşdur – 8 xal. Bu komandamız Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Gülnar Məmmədova, Nərmin Kazımova və Aydan Höccətovadan ibarət heyətlə çıxış etmişdir.

Avropanın ən güclü klubu adını Monte-Karlonun “Monako” komandası qazanmışdır – 14 xal. İkinci- üçüncü mükafatlara Gürcüstanın “Nona” (11 xal) və Rusiyanın “Yuqra” (10) klubları sahib olmuşlar.

Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov isə Novi-Sad turnirində Serbiyanın “Sveti Nikolay Srpski” komandasının şərəfini qorumuşdur. Onun komandası 10 xalla doqquzuncu yeri tutmuşdur. Məmmədyarov birinci taxtada oynayaraq 5 xal qazanmışdır (4 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət).

 

Baharadək fasilə

 

Noyabrın 13-də futbol üzrə 2018-ci il dünya çempionatının seçmə yarışlarında daha səkkiz görüş oynanılmış və turnir gələn ilin baharınadək “istirahətə çıxmışdır”.

Builki yarışların finişində keçirilmiş oyunlar belə nəticələnmişdir: “A” qrupu. Bolqarıstan – Belarus – 1:0, Lüksemburq – Hollandiya – 1:3;  “B” qrupu. Macarıstan – Andorra – 4:0, İsveçrə-Farer adaları – 2:0, Portuqaliya – Latviya – 4:1;  “H” qrupu. Belçika – Estoniya – 8:1, Kipr – Cəbəllütariq – 3:1, Yunanıstan – Bosniya və Herseqovina – 1:1.

Dünya çempionatının seçmə mərhələsində növbəti görüşlər gələn ilin baharında keçiriləcəkdir. Azərbaycan milli komandası martın 26-da Almaniya yığmasını qəbul edəcəkdir.

 

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında