İdman xəbərləri

"Abşeron" "böyük yeddiliyə" qarşı
Gələn il erkən baharda Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsində futbolumuzun bu fəxri mükafatı uğrunda mübarizəni davam etdirmək hüququ qazanmış səkkiz klubdan "Abşeron"un müvəffəqiyyətini xüsusi qeyd etmək olar. Birinci divizion komandası Premyer Liqada çıxış edən "Simurq"u yarışdan kənarlaşdırmışdır. Özü də Zaqatalada - 1:1, penaltilərlə 4:1.
Qalan cütlərdə ("Rəvan" - AZAL - 1:2, "Qəbələ" - "Neftçi" İSM - 2:0, "Gəncə" - "Neftçi" - 1:3, "Bakı" - "Muğan" - 1:1, penaltilərlə 5:3, "Xəzər-Lənkəran" - "MKT-Araz" - 3:1, "Şuşa" - "İnter" - 1:4) Liqanın altı klubu bir gün əvvəl "Qarabağ"la görüşdə müvəffəqiyyət qazanan (0:0, penaltilərlə 4:3) "Turan" ilə birlikdə kuboka doğru bir addım atmışdır.
Martın birinci ongünlüyündə keçiriləcək dörddəbir final oyunlarından "Neftçi" - "Xəzər-Lənkəran" görüşü, əslində, finala bərabər olacaq. Yarımfinalın astanasında digər üç cütdə isə "Turan"la AZAL, "Bakı" ilə "Qəbələ" və "İnter"lə "Abşeron" üz-üzə gələcəklər.{nl}

Baharadək fasilə
UEFA Çempionlar Liqasında daha səkkiz oyunla qrup mərhələsinə yekun vurulmuş və səkkizdəbir finala vəsiqə qazanan bütün komandalar məlum olmuşdur.
"E" qrupu. "Bavariya" (Almaniya) - "Bazel" (İsveçrə) - 3:0, "Kluj" (Rumıniya) - "Roma" (İtaliya) - 1:1. Pley-off mərhələsində mübarizəni almanlar və italyanlar davam etdirəcəklər.
"F" qrupu. "Marsel" (Fransa) - "Çelsi" (İngiltərə) - 1:0, "Jilina" (Slovakiya) - "Spartak" (Rusiya) - 1:2. Qrupda ilk iki yeri "Çelsi" və "Marsel" tutmuşlar.
"G" qrupu. "Real" (İspaniya) - "Oser" (Fransa) - 4:0, "Milan" (İtaliya) - "Ayaks" (Hollandiya) - 0:2. İspaniya və İtaliya klubları səkkizdəbir finalda yollarına davam edəcəklər.
"H" qrupu. "Arsenal" (İngiltərə) - "Partizan" (Serbiya) - 3:1, "Şaxtyor" (Ukrayna) - "Braqa" (Portulaqiya) - 2:0. Pley-off mərhələsinə vəsiqələri qrupun qalibi Donetsk klubu və ikinci yeri tutan "Arsenal" futbolçuları qazanmışlar.
Bu oyunlardan sonra Çempionlar Liqası turniri qış fasiləsinə çıxmışdır. Avropanın ən yaxşı 16 klubunu və milyonlarla futbol həvəskarını qarşıda daha gərgin oyunlar gözləyir. Həmişəki kimi, baharda başlanacaq pley-off mərhələsində uduzan komanda mübarizəni dayandıracaq. Səkkizdəbir final görüşlərinin püşkü dekabrın 17-də atılacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında