İdman

İnamlı qələbə
Avropa Voleybol Konfederasiyasının "Çelenc kuboku" turnirində mübarizə aparan "Azərreyl" elə həmin axşam idman həvəskarlarımızı inamlı qələbə ilə sevindirmişdir. Vüqar Əliyevin yetirmələri "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən görüşdə Yunanıstanın "Makropulo" klubuna heç bir ümid yeri qoymamışlar.
Qonaqları üç hissədə məğlubiyyətlə barışmağa məcbur edən (3:0) bakılılar bir həftədən sonra Yunanıstanda keçiriləcək cavab görüşünə yaxşı əhval-ruhiyyə ilə yola düşəcəklər.{nl}

Cavab görüşlərini gözləyək...
Digər klubumuz "Lokomotiv" "Çelenc kuboku" turnirində Rusiyanın "Omiçka" komandasına qarşı ilk görüşü səfərdə keçirmişdir - 2:3. Bakılılar rəqiblərinə layiqli müqavimət göstərsələr də, hər halda, qələbəni meydan sahibləri bayram etmişlər. Dörd hissədən sonra hesab bərabər olmuş, beşinci hissədə isə "Omiçka" üstün oyun nümayiş etdirmişdir.
"Lokomotiv" Bakıda keçiriləcək cavab görüşündə səfərldəki uğursuzluğun əvəzini çıxıb növbəti mərhələyə vəsiqə qazanmaq imkanını özündə saxlayır.
Onu da xatırladaq ki, bu oyunlardan bir gün əvvəl "İqtisadçı" komandası həmin turnir çərçivəsində Avstriyanın "Sparkasse" klubunun öhdəsindən çox asanlıqla gəlmiş (3:0) və səfərdə cavab oyunundan sonra növbəti mərhələyə adlamaq üçün özünə yaxşı zəmin yaratmışdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında