Vilnüsdən qızıl və gümüş medallarla

Azərbaycan Kyokuşin Karate Federasiyasının mətbuat katibi R.Əhmədovun redaksiyamıza bildirdiyi kimi, bir çox beynəlxalq yarışda ölkəmizi layiqincə təmsil edən karatenin bu növünün nümayəndələri dekabrın ilk günlərində Vilnüsdə keçirilmiş 18-22 yaşlılar arasında ikinci Avropa çempionatında da fərqlənmişlər.
Litva paytaxtında iki karateçimiz fəxri kürsüyə yüksəlmişdir. Nail Quliyev 75 kq çəki dərəcəsində keçirdiyi bütün dörd döyüşdə rəqiblərinə inamla qalib gələrək qızıl medal qazanmışdır. Valeh Cəfərov ilk görüşdə ağır zədə almasına baxmayaraq, üç döyüşdən qalib ayrılmış və yalnız finalda uduzaraq 65 kq çəki dərəcəsində gümüş mükafatçı olmuşdur. Onların bu uğurları sayəsində Azərbaycan yığması komanda hesabında 18 ölkə arasında birinci yeri tutmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında