"Rabitə": birinci dövrədə birinci

Bakının qadınlardan ibarət "Rabitə" voleybol klubu Çempionlar Liqası turnirinin ilkin mərhələsinin üçüncü turunda rəqib meydanında Polşanın "Aluprof" klubuna 2:3 hesabı ilə uduzsa da, birinci dövrəni "E" qrupunun qalibi kimi başa vurmuşdur.
Polşalılarla görüş əvvəldən axıradək gərgin mübarizə şəraitində davam etmiş və oyunun taleyi yalnız beşinci hissədə həll olunmuşdur. Həlledici anda "Aluprof" üstünlük qazanmışdır.
Bu məğlubiyyətə baxmayaraq, Azərbaycan paytaxtı voleybolçuları ikinci dövrəni qrupun lideri kimi qarşılayacaqlar. Hazırda onların 7, "Skavolini" (İtaliya) və "Aluprof"un hərəyə 5, "Dinamo"nun (Rumıniya) isə 1 xalı vardır. Turnirin ikinci yarısında "Rabitə" üç oyundan ikisini doğma şəhərdə keçirəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında