Rafael Ağayev: Azərbaycan bayrağını beynəlxalq arenada ucaltmaq böyük şərəfdir

Hər dəfə arenaya  çıxanda qalib gəlib Vətənin idman şərəfini qorumağa çalışıram. Azərbaycan bayrağını beynəlxalq arenada ucaltmaq mənim üçün böyük şərəfdir.

Bu sözləri Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında beşinci dəfə çempionluğunu bayram edən Azərbaycan milli komandasının üzvü Rafael Ağayev səsləndirib. Beşqat dünya çempionu keçirdiyi hissləri ifadə edərək deyib: “Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını təbrik etmək istərdim. Növbəti qızıl medalımı da xalqıma, ailəmə və sevdiklərimə həsr edirəm. Düşünürəm ki,  Azərbaycan bayrağını ucaltmaq, himnimizi səsləndirmək hər bir idmançının borcudur. Hazırda sevincimin həddi-hüdudu yoxdur. Federasiya rəhbərliyinə, müəllimlərimə və eləcə də biz idmançılara dəstək olan hər kəsə minnətdaram”.

Xatırladaq ki, 75 kiloqram çəki dərəcəsində yarışan idmançımız finalda misirli karateçi Ömər Əbdül Rəhman ilə qarşılaşıb və rəqibinə 4:1 hesabı ilə qalib gələrək beşinci dəfə planetin ən güclü karateçisi adına yiyələnib. O, həm də 13 dəfə  Avropa çempionu olub.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında