Avroliqada həftənin oyunçusu Kintana seçildi

Xüsusi səsver­mənin nəticələrinə görə,  “Qarabağ” klubunun yarımmüdafiəçisi  birinci oldu.

“Qarabağ” klubunun yarımmüdafiəçisi  Dani Kintana Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun nəticələrinə görə, ən yaxşı futbolçu seçilib. UEFA-nın rəsmi saytının verdiyi xəbərə görə Kintana ümumi səslərin 69 faizini qazanıb. Dani səsvermənin nəticələrinə görə, Viktor İbarbonun (“Panaytinaykos”), Kevin Monne-Pakenin (“Sent-Etyen”), Pol Paqbanın (“Mançestr Yunayted”), Raul Ruseskunun (“Osmanlıspor”), Antonio Kandrevanın (“İnter”)  və Yevgeni Konoplyankonun (“Şalke-04”), yəni altı nəfərin bir yerdə topladığı 31 faiz səsi iki dəfədən çox üstələyib.

Xatırladaq ki, oktyabrın 20-də “Qarabağ”ın yarımmüdafiəçisi  Kintana dəqiq zərbə ilə Yunanıstanın PAOK klubunun qapıçısını məyus etmişdi. Həmin oyunda Azərbaycan qrandı Salonikidən olan komandanı 2:0 hesabı ilə məğlub etmişdi.

İ.RÜSTƏMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında