Prinsipial oyunda mühüm qələbə

UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin üçüncü turunda Ağdamın “Qarabağ” klubunun hər iki rəqib üçün prinsipial əhəmiyyətə malik görüşdə PAOK üzərində qələbəsi (2:0) Azərbaycan çempionuna birinci dövrənin finişinə yunanlarla bərabər  çatmaq imkanı vermişdir.

Deməli, çox mühüm qələbə qazanılmışdır. Əgər bu oyunadək “Fiorentina” (İtaliya) və “Slovan”a (Çexiya) qarşı görüşlərdə dörd xal toplayan Yunanıstan futbolçuları ölkə çempionumuzdan 3 xal irəlidə idilərsə, indi vəziyyət dəyişmiş, imkanlar bərabərləşmişdir. Çətin oyunda fasilədən sonra Dani Kintana və Rahid Əmirquliyevin vurduqları iki cavabsız top Qurban Qurbanovun komandasına ikinci dövrəyə PAOK-la eyni nəticə ilə başlamaq və turnir cədvəlində ikinci yer uğrunda onunla axıradək  gərgin mübarizə aparmaq imkanı yaratmışdır. Bütün kollektivin əzmkar oyunu sayəsində qazanılmış bu imkan qrup mərhələsi yarışlarının finişində “Qarabağ”ı pley-off görüşlərinə vəsiqə qazanacaq xoşbəxt komandalar sırasında görəcəyimizə  ümid yaradır.

Birinci dövrədən sonra “J” qrupunun turnir cədvəlinə inamla başçılıq edən “Fiorentina”nın 7 xalı var. İtalyanlar növbəti mərhələyə vəsiqəni, demək olar, özlərinə təmin etmişlər.  Liderdən 3 xal geri qalan “Qarabağ”la PAOK cədvəldə eyni nəticə ilə yanaşı addımlayırlar. Üçüncü turda öz stadionunda İtaliya klubuna 1:3 hesabı ilə uduzan “Slovan” isə ikinci dövrəyə 1 xalla başlayacaq. 

Ağdam komandası qalan üç oyundan ikisini noyabrın üçündə və 24-də səfərdə müvafiq surətdə Yunanıstan və Çexiya təmsilçilərinə qarşı keçirəcək, dekabrın səkkizində isə italyanları qəbul edəcəkdir.

“Qarabağ”ın Tofiq Bəhramov adına Respublika Stadionunda  PAOK üzərində layiqli qələbəsinə sevindiyimiz axşam “Qəbələ”, təəssüf ki, qrup turniri çərçivəsində üçüncü dəfə məğlubiyyətə uğradı. Ancaq gərgin mübarizədən, güclü rəqibə ciddi müqavimətdən sonra.  Fransada “Sent-Etyen”in təmsilçimiz ilə görüşdə müvəffəqiyyətini yeganə qol təmin etdi.  

“C” qrupunun digər görüşündə “Maynts” və “Anderlext” heç-heçə oynamışlar--1:1. Qrupda üç komanda almanlar, fransızlar və belçikalılar birinci dövrəni eyni miqdarda 5 xalla başa vurmuşlar. “Qəbələ” isə hələlik xallarının hesabını aça bilməmişdir. Azərbaycan klubu noyabrın 3-də “Sent-Etyen”i qəbul edəcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında