Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Avrasiya çempionatında birinci yeri tutub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi və “Toğrul” şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə Bakıda “kempo full və kempo submission” (qrapplinq gi) üzrə Avrasiya çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şağan Olimpiya İdman Kompleksində təşkil olunan çempionatda Avropa və Asiya ölkələrini təmsil edən 12 komandanın heyətində 300-dək idmançı mübarizə aparıb.

Çempionatda nazirliyin əməkdaşı Ülvi Sadıqov 85 kiloqram çəki dərəcəsində 18 yaşdan yuxarı idmançılar arasında birinci yeri tutub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında