İdman xəbərləri

Üzgüçülər dünya çempionatına gedəcəklər
Dekabrın 13-19-da Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) üzgüçülük üzrə dünya çempionatı keçiriləcəkdir. Bu barədə məlumat verən Gənclər və İdman Nazirliyinin saytında bildirilir ki, çempionatda ölkəmizi üç idmançı təmsil edəcəkdir. Bunlar Fərid Hacızadə, Dmitri Çerkasov və Boris Kirilovdur.{nl}

Kimi sevinir, kimi də...
UEFA Çempionlar Liqası turnirinin qrup mərhələsinin sonuncu, altıncı turunun ilk səkkiz oyunu "A", "B", "C" və "D" qruplarından pley-off görüşlərinə vəsiqə qazanmış bütün səkkiz komandanı qəti müəyyənləşdirmişdir. Bu xoşbəxt klublardan ikisi İngiltərə, daha ikisi isə İspaniya təmsilçisidir. Səkkizdəbir finala digər dörd vəsiqənin sevincini İtaliya, Almaniya, Fransa və Danimarka futbolu nümayəndələri yaşamışlar.
"A" qrupu. "Tvente" (Hollandiya) - "Tottenhem" (İngiltərə) - 3:3, "Verder" (Almaniya) - "İnter" (İtaliya) - 3:0. Qrupda ilk iki yeri "Tottenhem" (11 xal) və "İnter" (10) tutmuşlar.
"B" qrupu. "Lion" (Fransa) - "Hapoel" (İsrail) - 2:2, "Benfika" (Portuqaliya) - "Şalke" (Almaniya) - 1:2. Səkkizdəbir finalda mübarizəni almanlar və fransızlar davam etdirəcəklər.
"C" qrupu. "Mançester Yunayted" (İngiltərə) - "Valensiya" (İspaniya) - 1:1, "Bursaspor" (Türkiyə) - "Reyncers" (Şotlandiya) - 1:1. Qrupun qalibləri müvafiq surətdə 14 və 11 xal toplayan İngiltərə və İspaniya klublarıdır.
"D" qrupu. "Barselona" (İspaniya) - "Rubin" (Rusiya) - 2:0, "Kopenhagen" (Danimarka) - "Panatinaikos" (Yunanıstan) - 3:1. Növbəti mərhələdə "Barselona" (14 xal) və "Kopenhagen" (10) oynayacaqlar.
Digər qruplarda turnirlərə dünən axşam keçirilən daha səkkiz oyunla yekun vurulmuşdur.

{nl}

"Əskişəhərspor" "Beşiktaş"ı gözləyir
Tərkibində Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun da çıxış etdiyi "Əskişəhərspor" klubunu Türkiyə Superliqasının təqvimində dekabrın 10-13-nə təyin edilmiş 16-cı turda öz meydanında "Beşiktaş"la gərgin mübarizə vəd edən çətin oyun gözləyir.
Bu tur ərəfəsində "Əskişəhərspor" səfərdə "Kayserispor"la heç-heçə oynayıb (2:2) və hazırda 16 xalla turnir cədvəlində 13-cü yeri tutur. Lider isə 36 xala malik "Trabzonspor"dur. Beşinci yerdə olan "Beşiktaş"ın 27 xalı vardır. Superliqada birinci dövrənin finişinə iki tur qalır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında