Şəhriyar Məmmədyarovdan möhtəşəm “akkord”

Rusiya Şahmat Federasiyasının saytı Moskvada başa çatmış keçmiş dünya çempionu Mixail Talın xatirəsinə həsr edilən superturnirin sonuncu turunun görüşlərini şərh edərkən Şəhriyar Məmmədyarovun Vladimir Kramnik ( Rusiya )  üzərində qələbəsini xüsusi qeyd etmişdir:

“Ağlarla Vladimir Kramnikə vəzir qambitində qalib gələn Şəhriyar Məmmədyarov turnirlə vidalaşarkən qapını bərk çırpdı. Azərbaycanlı qrossmeyster bir qədər yaxşı mövqedən maksimum fayda götürməyə və oyunu özü üçün uğurlu şəkildə kəskinləşdirməyə müvəffəq oldu. Ağlar təhlükəli “c” keçid piyadası yaratdı və qaraların əks oyuna başlamaq üçün bütün cəhdlərinin qarşısını dəqiq gedişlərlə aldı. 42-ci gedişdə keçmiş dünya çempionu məğlub olduğunu bildirdi”.

Əlavə edək ki, Azərbaycan şahmatçısının bu müvəffəqiyyəti superturnirin son üç turunda, yəni axırıncı 15 görüşdə qeydə alınmış yeganə qələbədir.

On məşhur qrossmeysterin iştirak etdiyi 10-cu, deməli, həm də yubiley turnirinin yekunlarına gəldikdə, yarışı 4,5 xalla başa vuran Məmmədyarov Kramnik, onun həmvətəni Petr Svidler və çinli Li Çao ilə beş-səkkizinci yerləri bölüşdürmüşdür. Baş mükafatı isə 6 xalla rusiyalı Yan Nepomnyaşi qazanmışdır.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında