Qollarla zəngin oyunlar

Final mərhələsi 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı seçmə yarışlarının ikinci turunun ikinci oyun günü qollarla zəngin olmuşdur. Üç qrupda oynanılmış 9 matçda qapılara üst-üstə 34 top vurulmuşdur ki, bu da hər oyunda orta hesabla təxminən 4 qol deməkdir.

“A” qrupunda iki görüşdə 4:1 hesabı qeydə alınmışdır. Fransa futbolçuları bolqarıstanlı qonaqlarını, hollandlar isə Belarus yığmasını elə bir çətinlik çəkmədən məğlubiyyətə uğratmışlar. Qrupun daha bir oyununda Lüksemburq öz meydanında İsveçə uduzmuşdur—0:1.

“B” qrupunda çıxış edən Portuqaliya komandası Andorranı nə az, nə də çox—altı dəfə oyuna mərkəzdən başlamağa məcbur etmişdir-- 6:0. Görüşün qəhrəmanı isə dörd qolun müəllifi Kriştianu Ronaldu olmuşdur. Latviyanın “doğma divarlar” arasında Farer adaları komandası ilə görüşdə uğursuzluğunu ( 0:2 ) bir qədər gözlənilməz hesab etmək olar, Macarıstan futbolçuları isə Budapeştdə İsveçrə komandası ilə gərgin oyundan məğlub ayrılmışlar-- 2:3.

“H” qrupunda hər üç görüş öz pərəstişkarları qarşısında oynayan komandaların böyük üstünlüyü şəraitində davam etmişdir. Belçika—Bosniya və Herseqovina—4:0, Estoniya—Cəbəllütariq—4:0, Yunanıstan—Kipr—2:0.

İkinci turun birinci oyun günü keçirilmiş görüşlərin də nəticələrini xatırladaq: “İ” qrupu. Türkiyə--Ukrayna—2:2, İslandiya—Finlandiya—3:2, Kosovo—Xorvatiya—0:6.  “G” qrupu. İtaliya—İspaniya—1:1, Makedoniya—İsrail—1:2, Lixtenşteyn—Albaniya—0:2, “D” qrupu. Avstriya—Uels—2:2, İrlandiya—Gürcüstan—1:0, Moldova—Serbiya—0:3.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında