Dünya çempionatının seçmə mərhələsində ikinci qələbə

Oktyabrın 8-də futbol üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Azərbaycan və Norveç milli komandaları qarşılaşıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin start heyətində Kamran Ağayev, Maksim Medvedev, Rəşad Sadıqov, Maqomed Mirzabekov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsrafilov, Ruslan Qurbanov, Dmitri Nazarov və Ağabala Ramazanov meydana çıxıblar.

Norveçin ilk onbirliyində isə Rune Yarsteyn, Yunas Svensson, Even Havlann, Stefan Strannberq, Haytam Alisami, Per-Silyan Şelbred, Ole-Kristian Selnes, Pol-Andre Hellann, Markus Henriksen, Adama Domande və Coşua Kinq yer alıblar.

İsrailli baş hakim Liran Lianinin idarə etdiyi oyunun 11-ci dəqiqəsində millimizin futbolçusu Maksim Medvedev hesabı açıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsi yığmamızın ­üstünlüyü ilə yekunlaşıb – 1:0.

Görüşün ikinci hissəsinə də fəal başlayan millimiz rəqib qapısı qarşısında təhlükəli məqamlar yaratsa da, top qapıdan keçməyib.

Beləliklə, görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamız növbəti oyununu oktyabrın 11-də səfərdə Çexiya yığmasına qarşı keçirəcək.

Milli komandamız seçmə mərhələdə ilk görüşündə San Marino yığması ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında