"Qarabağ" "Bakı"nı altıncı pillədən sıxışdırdı

Premyer Liqanın 16-cı turundan sonra turnir cədvəlində cəmi bir dəyişiklik olmuşdur. Rauf Əliyevin yeganə qolu ilə "İnter" üzərində qələbə qazanaraq (1:0) nəhayət, uğursuzluq zolağından çıxan "Qarabağ" buna qədər altıncı pillədə olmuş "Bakı"nı həmin mövqedən sıxışdırmışdır.
Ağdam klubunun bu çox vacib irəliləyişinə "Bakı" - "Simurq" görüşündə paytaxt klubunun qapısına vurulmuş top da çox kömək etmişdir. Bu oyunda da 1:0 hesabı qeydə alınmışdır. Çempionatda yalnız ikinci dəfə qələbə sevinci yaşayan zaqatalalı gənclərin yüksək məqsədlər uğrunda mübarizə aparan bakılılara onların öz meydanında qalib gəlmələri çoxlarını təəccübləndirmişdir. "Simurq" bu uğuru ilə fəxr edə bilər.
Hesabat turundan "Xəzər-Lənkəran" da çox fayda götürmüşdür. Bu klub çətin Tovuz səfərindən evə "Turan" üzərində qələbə ilə qayıtmışdır - 2:1. Üstəlik də, cədvəldə onun ən yaxın qonşuları AZAL və "Neftçi" öz aralarında keçirdikləri oyunda qolsuz heç-heçə ilə kifayətlənməli olmuşlar - 0:0. Bu isə lənkəranlılara "təyyarəçilərdən" 2 xal aralanmaq, vahid liderə də 2 xal yaxınlaşmaq imkanı vermişdir. İndi "Xəzər-Lənkəran"ı "Neftçi"dən cəmi bir xal ayırır.
Turun daha iki görüşü böyük hesabla başa çatmışdır. Getdikcə sürəti artıran "Qəbələ" Bakıda MOİK-i, "Gəncə" də öz şəhərində "Muğan"ı üç cavabsız qolla məğlubiyyətə uğratmışlar - 3:0.

{nl}

O Q H M T X
1. "Neftçi" 16 10 5 1 30-7 35
2. "Xəzər-Lənkəran" 16 10 4 2 19-8 34
3. AZAL 16 9 5 2 22-8 32
4. "İnter" 16 8 3 5 13-11 27
5. "Qəbələ" 16 7 5 4 16-7 26
6. "Qarabağ" 16 7 3 6 16-12 24
7. "Bakı" 16 6 4 6 22-18 22
8. "Gəncə" 16 5 7 4 23-20 22
9. "Muğan" 16 3 5 8 7-19 14
10. "Turan" 16 2 5 9 13-25 11
11. "Simurq 16 2 4 10 10-25 10
12. MOİK 16 1 2 13 5-36 5

{nl}

Rəqiblər 17-ci turun oyunlarını dekabrın 11-də keçirəcəklər. Həmin gün azarkeşlər "Simurq" - "Qarabağ", "Xəzər-Lənkəran" - "Gəncə", "Qəbələ"-"Turan", "Neftçi" - "Bakı", "Muğan" - MOİK və "İnter" - AZAL görüşlərində öz sevimli komandalarını qələbəyə ruhlandıracaqlar.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında