İdman

"Rabitə" ölkə çempionatında da liderdir
Çempionlar Liqası yarışlarının qrup mərhələsinə iki qələbə ilə başlayıb turnir cədvəlində vahid lider mövqeyinə yüksələn Bakının "Rabitə" klubu qadın komandaları arasında Azərbaycan çempionatında da iki turdan sonra bütün rəqiblərindən irəlidədir. İkinci turda "Rabitə" prinsipial oyunda "Azərreyl"i 3:1 hesabı ilə məğlubiyyətə uğratmışdır.
Turun digər iki görüşündə 3:0 hesabı qeydə alınmışdır. "Bakı" voleybolçuları "Şirvan"a, "İqtisadçı" isə "Lokomotiv"ə qalib gəlmişlər.
İki turdan sonra "Rabitə"nin 4, ikinci-beşinci pillələrdə olan "Azərreyl", "Bakı", "İqtisadçı" və "Şirvan"ın 3, sonuncu yeri tutan "Lokomotiv"in isə 2 xalı vardır.{nl}

Sevinc gətirməyən ikinci yer
Azərbaycanın qadınlardan ibarət yığma həndbol komandası Yunanıstanda başa çatmış dünya çempionatının seçmə turnirində ikinci yeri tutsa da, növbəti mərhələdə mübarizəni davam etdirə bilməyəcək.
Xəbər verdiyimiz kimi, həndbolçularımız startda İsveçrə komandası ilə heç-heçə oynamışdılar (29:29). Sonrakı iki görüşdə onlar Makedoniya kollektivinə uduzmuş (20:26) və Yunanıstan yığmasına qalib gəlmişlər (27:19). Turnirin yekununda Azərbaycan komandası 3 xalla ikinci olmuşdur. Bu qrupdan növbəti mərhələyə yeganə vəsiqəni bütün görüşlərdən qalib ayrılan Makedoniya həndbolçuları qazanmışlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında