İdman xəbərləri

 

 

 

 

 

 

 

 

 

 

Məmmədyarovun superturnirdə ilk qələbəsi

 

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Moskvada Mixail Talın xatirəsinə həsr edilən beynəlxalq superturnirdə ilk qələbəsini qazanmışdır. Üçüncü tura təsadüf etmiş bu qələbə israilli qrossmeyster Boris Gelfand ilə görüşdə qeydə alınmışdır. Təmsilçimiz artıq 28-ci gedişdə rəqibini məğlubiyyətlə barışmağa məcbur etmişdir.

Turun daha iki görüşü məhsuldar olmuşdur. Rusiyalı Yan Nepomnyaşi həmvətəni Vladimir Kramnikə, Aniş Giri (Hollandiya) isə Yevgeni Tomaşevskiyə (Rusiya) qalib gəlmişlər. Li Çao (Çin) Vişvanatan Anandla (Hindistan), Levon Aronyan   (Ermənistan)  Petr Svidlerlə (Rusiya) heç-heçəyə razılaşmışlar.

Üç turdan sonra turnir cədvəlinə hərəyə 2,5 xala malik Nepomnyaşi və Giri başçılıq edirlər. Üçüncü pillədə 2 xalla Anand irəliləyir. Məmmədyarov, Svidler, Aronyan və Li Çao 1,5 xal toplayaraq, dördüncü-yeddinci yerləri bölüşdürürlər. Kramnikin 1, Gelfandla Tomaşevskinin 0,5 xalı var.

Təşkilatçıların 200 min dollar məbləğində mükafat fondu təsis etdikləri və XXI kateqoriyaya aid edilən Moskva superturniri doqquz turdan ibarətdir və oktyabrın 6-da başa çatacaq.

 

Rəqiblərimiz irəli çıxırlar

 

UEFA Avropa Liqası turnirinin ikinci turunda “Qəbələ “nin Bakıda Almaniyanın “Maynts “ klubuna layiqli müqavimət göstərməsinə baxmayaraq, kiçik fərqlə   (2:3), “Qarabağ”ın isə İtaliyanın Florensiya şəhərində “ Fiorentina”ya gözlənilmədən böyük hesabla (1: 5) məğlub olduqları axşam Azərbaycan komandalarının çıxış etdikləri “C“ və “J“ qruplarında digər matçlar da keçirilmişdir. “Sent-Etyen” (Fransa) – “Anderlext” ( Belçika ) görüşündə rəqiblər meydanı “dinc” nəticə ilə tərk etmişlər – 1:1, “Slovan” (Çexiya) isə öz meydanında PAOK-a (Yunanıstan) uduzmuşdur – 1:2.

İki turdan sonra “C“ qrupunda hərəyə 4 xala malik “Anderlext“ və “Maynts“ liderdirlər. “Sent-Etyen”in 2 xalı var, “Qəbələ” isə hər iki oyunda uduzmuşdur.

“J” qrupunun turnir cədvəlinə “Fiorentina” və PAOK başçılıq edirlər. Bu klublar da hərəyə 4 xal toplamışlar. “Slovan”la “Qarabağ”ın 1 xalı var.

Üçüncü turun oyunları oktyabrın 20-də keçiriləcəkdir. Həmin gün “Qəbələ“ Fransada “Sent-Etyen”in qonağı olacaq, “Qarabağ“ isə PAOK-u qəbul edəcək.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında