İdman xəbərləri

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Final: Rusiya-Argentina

 

Kolumbiyada finişə çatmaqda olan futzal üzrə dünya çempionatının finalında Rusiya və Argentina komandaları görüşəcəklər.

Yarımfinallarda Rusiya yığması gərgin oyunda İran komandası üzərində çətin qələbə qazanmış – 4:3, Argentina futzalçıları isə portuqaliyalı rəqiblərini hesabda üç top fərqlə məğlubiyyətə uğratmışlar – 5:2.

Rusiya–Argentina final görüşü oktyabrın 1-də keçiriləcəkdir. Bürünc medallar uğrunda mübarizədə isə İran və Portuqaliya komandaları qarşılaşacaqlar. Hər iki matç Kali şəhərində oynanılacaq.

Xatırladaq ki, sentyabrın 10-da başlanmış dünya çempionatının 24 iştirakçısı arasında Azərbaycan millisi də var idi və yığmamız dörddəbir finalda Portuqaliyaya uduzaraq tarixində ilk dəfə iştirak etdiyi mundialı dünyanın ən güclü səkkiz komandası sırasında başa vurmuşdur.

 

Liderin yarım addımlığında

 

Rusiyanın Xantı-Mansiysk şəhərində 14, 16 və 18 yaşlı oğlan və qızlar arasında şahmat üzrə dünya çempionatında bir günlük istirahətdən sonra 6-cı turun görüşləri keçirilmişdir.

Xəbər verdiyimiz kimi, çempionatda Azərbaycan şahmat məktəbinin bir qrup yetirməsi də iştirak edir. İlk altı turda onlar arasında ən yaxşı nəticəni Xanım Balacayeva göstərmişdir. On səkkiz yaşlı qızlar qrupunda çıxış edən təmsilçimiz altı görüşdə üç qələbə və üç heç-heçə sayəsində 4,5 xal toplamışdır. Altıncı turda Balacayeva rusiyalı İrina Droqovoza qalib gəlmişdir. Bu qələbədən sonra Xanım turnir cədvəlində altıncı mövqedədir və lider Aleksandra Obelentsevadan (Rusiya) yarım xal geri qalır.

Azərbaycanın digər şahmatçılarından Gövhər Beydullayeva 14 yaşlı qızların turnirində, Andrey Mustafin isə 16 yaşlı oğlanların yarışında 4 xal toplamışlar.

On bir turdan ibarət dünya çempionatında dünən 7-ci turun görüşləri oynanılmışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında