İdman xəbərləri

 

 

 

 

 

 

 

 

Avroliqa – 2-ci tur

 

Sabah Azərbaycanın “Qarabağ” və “Qəbələ” klubları UEFA Avropa Liqası turnirinin qrup mərhələsində 2-ci turun oyunlarını keçirəcəklər.

 Turnirə iki həftə əvvəl “Dalğa Arena”da Çexiyanın “Slovan” komandasına qarşı görüşdə heç-heçə (2:2) ilə başlayan Ağdam klubu bu dəfə səfərdə çıxış edəcək. Azərbaycan futbolçuları İtaliyanın Florensiya şəhərində “Fiorentina”nın qonağıdırlar. Sentyabrın 29-da Bakı vaxtı ilə saat 21-də “Artemio Franki” stadionunda başlanacaq oyunu avstriyalı hakim Oliver Draxta idarə edəcəkdir.

      Qəbələ futbolçuları isə “Bakcell Arena”da Almaniyanın “Maynts” klubunu qəbul edəcəklər. UEFA bu görüşdə hakimliyi Litva Futbol Federasiyasının nümayəndələrinə həvalə etmişdir. Baş hakim funksiyasını Gedeminas Majeyka yerinə yetirəcəkdir. Oyunda topa ilk zərbə saat 19-da endiriləcək. “Qəbələ” start turunda Belçikada “Anderlext”ə uduzmuşdur (1:3) və indi komanda xal qazanıb turnir vəziyyətini yaxşılaşdırmağa  çalışacaq.

 

Baku Open-2016-ya
yekun vuruldu

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilən “Baku Open-2016” beynəlxalq şahmat turnirinə yekun vurulmuşdur. Yarışın qalibi adını 9 mümkün xaldan 7,5 xal toplayan Stanislav Boqdanoviç (Ukrayna) qazanmışdır. İkinci-üçüncü mükafatlar finişə 6,5 xalla çatan rusiyalılar Sənan Syugirov və Vladislav Artemyevə təqdim olunmuşdur.

Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni hərəyə 6 xal toplayan Nicat Abbasov və Vüqar Rəsulov göstərmişlər. İranlı Pouya İdani, rumın Konstantin Lupulesku və Bassem Amin (Misir) də  6 xal qazanmışlar. Əlavə göstəricilərə görə Abbasov dördüncü, Rəsulov səkkizinci yerləri tutmuşlar.

Oqtay BAYRAMOV,
 "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında