Azərbaycan Kolumbiyada tarix yazır

Azərbaycanın futzal üzrə yığma komandası Kolumbiyada keçirilən dünya çempionatında uğurlu çıxışlarını inamla davam etdirir. İlkin mərhələdə Afrika, Avropa və Asiya çempionları Mərakeş, İspaniya və İran komandaları ilə rəqabətdə qrupda ikinci yeri tutan millimiz səkkizdəbir final mərhələsini də dəf etmişdir.

Bu dəfə Azərbaycan futzalçıları tailandlı rəqibləri ilə gərgin mübarizədən qalib ayrılmışlar. Qollarla zəngin oyunun əsas vaxtında heç-heçə qeydə alınmış ( 7:7 ), əlavə vaxtda isə oyun, demək olar, bir qapı ağzında davam etmişdir. Hakimin final işarəsi komandamızın 13:8 hesabı ilə qalib gələrək, növbəti mərhələyə çıxdığını bildirmişdir.

İndi Azərbaycan komandasını Portuqaliya yığması ilə dörddəbir final görüşü gözləyir. Bu oyun sentyabrın 25-də Bakı vaxtı ilə gecəyarısı Kali şəhərində keçiriləcəkdir.

Digər dörddəbir final matçlarında Paraqvay İran  ilə qarşılaşacaq ( İran futzalçıları səkkizdəbir finalda beşqat dünya çempionu Braziliyaya qalib gəlməklə, mütəxəssislərin qeyd etdikləri kimi, əsl sensasiyaya səbəb olmuşlar ), Rusiya futzalçıları İspaniya komandası ilə görüşəcək, habelə Argentina Misirlə üz-üzə gələcək.

Beləliklə, Kolumbiyada dünya çempionatı meydanında cəmi səkkiz komanda qalır və onların sırasında mundiallarda ilk dəfə iştirak edən Azərbaycan yığması da vardır. Komandamız belə mötəbər yarışda dörddəbir finala çıxmaqla tarixi nailiyyət qazanmışdır. Lakin dünya çempionatında bir addım da irəliləyib, yarımfinala çıxmaq imkanı da vardır. Şübhəsiz, komanda Portuqaliya ilə görüşdə bu imkandan istifadə etməyə çalışacaq.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında