İdman xəbərləri

"Azərreyl" - "Rabitə". Görməyə dəyər
Qadın komandaları arasında voleybol üzrə Azərbaycan çempionatının bu günə təyin edilmiş ikinci turunda çempionluğa çox iddialı paytaxtın iki komandasının görüşünü izləməyə dəyər. "Sərhədçi" Olimpiya İdman Kompleksində keçiriləcək bu oyunda voleybol həvəskarlarımızın qəlbində çoxdan özünə möhkəm yer etmiş "Azərreyl" də, bu günlər Çempionlar Liqasında çempionsayağı oynayan "Rabitə" də bir-birinin müqavimətini qırmaq üçün bütün qüvvə və bacarıqlarını səfərbərliyə almalı olacaqlar.
Turun daha iki görüşündə isə "Bakı" klubu "Şirvan"la, "Lokomotiv" də "İqtisadçı" ilə üz-üzə gələcəklər.
Xatırladaq ki, birinci turdan sonra "Rabitə", "Azərreyl" və "Şirvan"ın hesabında bir qələbə vardır.{nl}

İsveçrə ilə heç-heçə
Azərbaycanın qadınlardan ibarət yığma həndbol komandası Yunanıstanda keçirilən dünya çempionatının seçmə mərhələsinə heç-heçə ilə başlamışdır. Həmyerlilərimizin İsveçrə komandası ilə görüşündə 29:29 hesabı qeydə alınmışdır.
Bu rəqiblərin çıxış etdikləri 2-ci qrupun digər oyununda Makedoniya həndbolçuları yunanıstanlı rəqiblərinə qalib gəlmişlər - 27:21.
Dünən axşam keçirilən ikinci turda yığmamız Makedoniya komandası ilə görüşmüşdür. Qeyd edək ki, növbəti mərhələyə yalnız qrupun qalibi vəsiqə qazanacaq.

{nl}

Yayda, Çində...
Hazırda Avropa çempionu adını daşıyan Azərbaycanın şahmat üzrə yığma komandası yenidən dünya çempionatında oynayacaq. Bu barədə chess-news.ru-ya istinadla məlumat verən azerisport-un yaydığı xəbərdə həmçinin bildirilir ki, Çində keçiriləcək dünya çempionatının dəqiq tarixi hələ məlum deyil, lakin çox güman ki, yarış 2011-ci il iyulun ikinci yarısında təşkil olunacaq.
Dünya çempionatının medalları uğrunda Azərbaycan yığması ilə yanaşı dünya çempionu Rusiya komandası, təşkilatçı ölkə - Çin şahmatçıları, 39-cu Ümumdünya Olimpiadasının yekunlarına görə seçilmiş Ukrayna, İsrail, Macarıstan yığmaları, habelə Amerika, Asiya, Afrika çempionları və FİDE prezidentinin müəyyən edəcəyi daha bir komanda mübarizə aparacaq.

{nl}

19 yaşlılar hazırlaşırlar
Həm də milli komandamızda Berti Foqtsun köməkçisi işləyən Vəli Qasımovun bu yaxınlardan etibarən başçılıq etdiyi Azərbaycanın 19 yaşlı futbolçulardan ibarət yığma kollektivi bu gün "Neftçi"nin nəzdindəki 19 yaşlılar komandası ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Mərdəkanda keçiriləcək bu oyun qarşıdakı məsul beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Xatırladaq ki, Qasımovun yetirmələri gələn il Avropa çempionatının seçmə yarışlarında İsveç, İtaliya və Rumıniya komandaları ilə bir qrupda çıxış edəcəklər. Seçmə görüşləri 2011-ci ilin payızında İsveçdə keçiriləcəkdir. Qrupda ilk iki yerdən birini tutub növbəti mərhələyə vəsiqə qazanmaq üçün elə indidən səylə hazırlaşmaq lazımdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında