Rusiya və Paraqvay ilk vəsiqələri qazandı

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının dörddəbir final mərhələsinə ilk vəsiqələri bu iki ölkənin komandaları qazanmışlar.

Rusiya millisi səkkizdəbir finalda Vyetnam yığmasını asanlıqla məğlubiyyətə uğratmışdır – 7: 0. Paraqvay futzalçıları isə məqsədlərinə çox çətinliklə çatmışlar. Onların çempionat sahibləri kolumbiyalılarla görüşü əvvəldən axıradək gərgin mübarizə şəraitində davam etmiş, əsas və əlavə vaxtlarda hesab açılmamışdır. Qalibi penaltilər seriyası müəyyənləşdirmişdir. Paraqvaylılar bu zərbələri daha dəqiq yerinə yetirmişlər – 3:2.

Səkkizdəbir finalın növbəti üç oyunu (Braziliya-İran, İspaniya-Qazaxıstan, Portuqaliya-Kosta-Rika) dünən keçirilmişdir. Bu mərhələnin sonuncu üç görüşü isə bu gün Bakı vaxtı ilə gecəyarısı oynanılacaq. Dünya çempionatının dörddəbir final   mərhələsinin bütün iştirakçıları Azərbaycan-Tailand, Argentina-Ukrayna və İtaliya-Misir matçlarından sonra məlum olacaq.

Oqtay BAYRAMOV, 
"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında