Baku Open -2016: iki turdan sonra səkkiz lider

Novxanıda keçirilən və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilən Baku Open -2016 beynəlxalq şahmat festivalının "A" qrupunda ilk iki turun oyunları arxada qalmışdır. Səkkiz iştirakçı yarış sahibləri Misrəddin İsgəndərov, Nicat Abbasov, Ülvi Bacarani, rusiyalı qonaqlarımız Vladislav Artemyev, Sənan Syugirov, Saveli Qolubov, İran şahmatçısı Pouya İdani və Stanislav Boqdanoviç (Ukrayna) start turlarında maksimum nəticə göstərərək hərəyə 2 xal toplamışlar.

Doqquz turdan ibarət ənənəvi yarışda dünən üçüncü raundun görüşləri keçirilmişdir.

Bu arada Rusiyanın Xantı-Mansiysk şəhərində 14, 16 və 18 yaşlı oğlan və ­qızlar arsında şahmat üzrə dünya çempionatı start ərəfəsindədir. Bu gün çempionatın açılış mərasimi keçiriləcək, sabah isə medallar uğrunda mübarizə başlanacaq.

Altmışa qədər ölkə nümayəndələrinin iştirak edəcəyi dünya çempionatında Azərbaycan şahmat məktəbinin bir qrup yetirməsi də yarışacaq. İsveçrə sistemi üzrə keçirilib 11 turdan ibarət olan çempionata oktyabrın 3-də yekun vurulacaq.

Oqtay BAYRAMOV,
 "Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında