Liderlərin növbəti qələbələri

Azərbaycanın Topaz Premyer Liqasında beşinci tura yekun vurulmuşdur. Turun son iki oyunu UEFA Avropa Liqası turnirinin qrup mərhələsindəki təmsilçilərimiz "Qarabağ" və "Qəbələ" klublarının iştirakı ilə keçirilmiş və onların hər ikisi meydanı inamlı qələbə ilə tərk etmişdir.

Ağdam klubu "Zirə"ni iki cavabsız qolla məğlubiyyətə uğratmış-2:0, Qəbələ futbolçularının AZAL üzərində üstünlüyü üç top fərqlə ifadə olunmuşdur-3:0.

Turun  bir gün əvvəll keçirilmiş digər iki görüşündə "Sumqayıt"la "Kəpəz" heç-heçə oynamışlar -1:1, "İnter"  isə "Neftçi"yə  qalib gəlmişdir-2:1.

Bu oyunlardan sonra turnir cədvəlinə beş görüşdə 12 xal toplayan "Qarabağ" başçılıq edir. İkinci pillədə irəliləyən "İnter" liderdən bir xal geri qalır.  "Qəbələ"nin isə dörd görüşdən sonra 10 xalı vardır.

Növbəti, altıncı turun görüşləri sentyabrın 24-26-da keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında