Səkkizdəbir final: Azərbaycan-Tailand

Azərbaycanın futzal ustaları Kolumbiyada keçirilən dünya çempionatının ilkin mərhələsində qarşılarında duran vəzifəni yerinə yetirmişlər. Milli komandanız qrup turnirinin sonuncu turunda İran yığması ilə heç-heçə oynayaraq (3:3) "F" qrupunda 4 xalla ikinci yeri tutmuş və səkkizdəbir finalda mübarizəni davam etdirmək hüququ qazanmışdır.

Qrupun qalibi isə hər üç oyunda rəqiblərini məğlubiyyətə uğradan İspaniya futzalçıları olmuşlar. İran komandası da Azərbaycan millisi kimi 4 xal toplamış, amma qruplarda ən yaxşı nəticə ilə üçüncü yeri tutan dörd kollektivdən biri olaraq növbəti mərhələyə vəsiqə qazanmışdır.

Beləliklə,  dünya çempionatında mübarizəyə qoşulan 24 komandadan 8-i Kolumbiya ilə vidalaşmış, 16 ölkə futbolçuları isə turnirdə yollarına davam edirlər.

Azərbaycan millisi səkkizdəbir finalda Tailand komandası ilə qarşılaşacaq. Bu oyun sentyabrın 22-də keçiriləcək. Qalan səkkizdəbir final matçlarında isə Rusiya Vyetnamla, Kolumbiya Paraqvayla (20 sentyabr), Braziliya İranla, İspaniya Qazaxıstanla, Portuqaliya Kosta-Rika ilə (21 sentyabr), Argentina Ukrayna ilə və İtaliya Misirlə (22 sentyabr) görüşəcəklər.

Oqtay BAYRAMOV, 
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında