XV Paralimpiadada 11 medal

Braziliyanın Rio-de-Janeyro şəhərində XV Yay Paralimpiya Oyunlarının son medalları da oynanılmış və "Marakana" stadionunda yarışların təntənəli bağlanış mərasimi keçirilmişdir.

Azərbaycan nümayəndə heyəti Paralimpiadadan 11 medal- 1 qızıl, 8 gümüş və 2 bürünc mükafatla qayıdır. Yığmamız bu göstərici ilə medal qazanmış ölkələrin siyahısında 48-ci yeri tutmuş, medalların sayına görə isə 33-cü olmuşdur.

Xatırladaq ki, təmsilçilərimiz arasında ən böyük müvəffəqiyyəti cüdoçu Ramil Qasımov (73 kq) qazanmışdır. O, fəxri kürsünün ən yüksək pilləsində təbrikləri qəbul etmişdir. Çempionun komanda yoldaşları Bayram Mustafayev (66 kq) gümüş, Rövşən Səfərov (81 kq) bürünc mükafatçı olmuşlar.

Digər medalları atletika yarışlarında 100 metr məsafəyə qaçışda və uzununa tullanmaqda gümüş, 200 metr məsafəyə startlarda bürünc mükafatçı Yelena Çebanu, uzununa tullanmaqda Kamil Əliyev, nizə tullamaqda İradə Əliyeva, bras üsulu və sərbəst üsulla 100 metr məsafəyə üzməkdə ikiqat gümüş mükafatçı Dmitri Saley və arxası üstə 100 metr məsafəyə üzməkdə Roman Saley qazanmışlar.

Paralimiadada 170-dək ölkə komandaları iştirak etmişlər. Onlardan 82-si medal qazanmışdır. Ən çox mükafat Çin komandasına təqdim olunmuşdur – 107 qızıl, 81 gümüş, 51 bürünc mükafat. Birinci beşliyə həmçinin Böyük Britaniya (64+ 39+44 ), Ukrayna (41+37+39), ABŞ (40+44+31) və Avstriya   (22+30+29) daxildirlər.

Növbəti, XVI Paralimpiya Oyunlarl 2020-ci ildə Tokioda keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında