Məmmədyarov və onun doqquz rəqibi

Sentyabrın 26-dan oktyabrın 10-dək Moskvada keçmiş dünya çempionu Mixail Talın xatirəsinə həsr edilən beynəlxalq turnir keçiriləcək. Sayca onuncu dəfə təşkil olunacaq bu yarışın mükafatları uğrunda 10 qrossmeyster, o cümlədən Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov mübarizə aparacaq.

Turnirdə təmsilçimizin rəqibləri rusiyalılar Vladimir Kramnik, Petr Svidler, Yan Nepomnyaşi, Yevgeni Tomaşevski, Vişvanatan Anand (Hindistan), Aniş Giri ( Hollandiya ), Levon Aronyan (Ermənistan), Boris Gelfand ( İsrail ) və çinli Li Çao olacaqlar. Dairəvi sistem üzrə keçiriləcək superturnir XXI kateqoriyaya aiddir və onun mükafat fondu 200 min dollardır.

Baku Open-2016 festivalı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş bu festival üç turniri özündə birləşdirir və bu gün starta çıxacaq. Ən güclülərin yarışdığı " A" turnirində 57 nəfər, o cümlədən 18 qrossmeyster mübarizə aparacaq.

Turnirdə Azərbaycan şahmat məktəbinin bir qrup yetirməsi ilə yanaşı rusiyalılar Vladislav Artemyev, Sənan Syugirov, misirli Basem Amin, rumın Konstantin Lupulesku, ukraynalı Aleksandr Zubov və digər xarici ölkə təmsilçiləri çıxış edəcəklər.

Yarışın qalib və mükafatçıları sentyabrın 26-da məlum olacaq.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında