Azərbaycan səkkizdəbir finalın astanasında

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının qrup mərhələsində iki turun oyunları arxada qalmışdır. İspaniya, İran və Mərakeş yığmaları ilə birlikdə "F" qrupunda çıxış edən Azərbaycan millisi startda Afrika çempionu Mərakeşi beş cavabsız qolla məğlubiyyətə uğratdıqdan sonra növbəti görüşdə Avropa çempionu İspaniyaya 2:4 hesabı ilə uduzmuşdur.

İki turdan sonra qrupun turnir cədvəlinə 6 xala malik ispanlar başçılıq edirlər. İkinci-üçüncü pillələrdə hərəyə 3 xal toplayan Azərbaycan ( topların fərqi-7:4 ) və İran ( 6:8 ) komandaları irəliləyirlər. Mərakeşlilər hər iki oyunda uduzmuşlar.

İlkin mərhələ görüşləri altı qrupda keçirilir. Hər qrupdan ən yaxşı iki komanda, habelə qruplarda üçüncü yerləri tutan kollektivlər arasında daha yaxşı nəticə göstərən dörd komanda səkkizdəbir finalda mübarizəni davam etdirəcəkdir.

Azərbaycanın futzal ustaları qrupda sonuncu görüşü İran komandasına qarşı keçirəcəklər.

Oqtay BAYRAMOV,
 "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında