"Beşiktaş" Avroliqada yoluna davam edəcək

{nl}

UEFA Avropa Liqasının qrup mərhələsində beşinci turun növbəti oyunlarından sonra Türkiyənin "Beşiktaş" klubu da pley-off görüşlərində fəxri mükafat uğrunda mübarizəni davam etdirməyə layiq olduğunu inamla sübuta yetirmişdir. İstanbul futbolçuları bu turda Sofiyada yerli ÇSKA komandasının qonağı olsalar da, özlərini heç cür qonaq kimi aparmamış və Bolqarıstan paytaxtından evə qələbə ilə qayıtmışlar - 2:1.
"L" qrupunda keçirilmiş digər oyunda da qələbəni qonaqlar bayram etmişlər. Qrupun lideri "Portu" (Portuqaliya) Avstriyada "Rapid"i 3:1 hesabı ilə məğlubiyyətə uğratmışdır.
Dekabrın 15-nə təyin edilmiş son görüşlərin ("Beşiktaş" - "Rapid" və "Portu" - ÇSKA) nəticələrindən asılı olmayaraq 13 xal toplayan "Portu" və 10 xala malik "Beşiktaş" növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl özlərinə təmin etmişlər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında