Rusiya ilə Qətərin mundial sevinci

Əgər Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə sınaqlarından şərəflə çıxıb, final mərhələsində oynamaq hüququ qazansa, planetin ən böyük futbol bayramı - mundialda iştirak etmək üçün uzağa səfərə çıxmalı olmayacaq. Səkkiz ildən sonra bütün dünyada 1 nömrəli idman növü kimi qəbul edilən futbolda 1 nömrəli yarış olan dünya çempionatı ölkəmizin yaxınlığında, Rusiyada təşkil olunacaq.
Dünya çempionatı - 2018-in iştirakçılarını qəbul edəcək ölkəni müəyyənləşdirmək məqsədilə FİFA İcraiyyə Komitəsinin üzvləri arasında İsveçrənin Sürix şəhərində keçirilən səsvermədə Rusiya daha çox - 13 səs qazanmışdır. Səsvermədə onun rəqibləri isə İngiltərə, dünya çempionatını birgə təşkil etmək arzusunda olmuş Hollandiya-Belçika və İspaniya-Portuqaliya tandemləri idi.
Elə həmin gün 2022-ci il dünya çempionatının da təşkilatçısı məlum olmuşdur. Avstraliya, Qətər, ABŞ, Koreya və Yaponiyanın rəqabətində Qətər qalib gəlmişdir.
Beləliklə, 2018-ci ildə Rusiyada, 2022-ci ildə Qətərdə. Hələlik isə 2014-cü ildə beşqat dünya çempionlarının vətəni Braziliyada keçiriləcək mundialı gözləyək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında