"Rabitə" Polşaya vahid lider kimi gedəcək

Azərbaycan çempionu Bakının qadınlardan ibarət "Rabitə" komandası Avropa klub voleybolunda ən nüfuzlu yarış olan Çempionlar Liqası turnirinin qrup mərhələsində ikinci görüşünü də qələbə ilə başa vurmuşdur. Startda Buxarestdə Rumıniya "Dinamo"sunu məğlubiyyətə uğradan voleybolçularımız bu dəfə doğma meydanda adı təkcə İtaliyada deyil, bütün Avropada hörmətlə çəkilən "Skavoloni"yə də qalib gəlməyi bacardılar - 3:1 (25:19, 25:23, 23:25, 25:21).
"Sərhədçi" Olimpiya İdman Kompleksində keçirilən bu görüşdə "Rabitə"nin pərəstişkarları öz sevimli komandalarının inamlı qələbəsinin şahidi oldular. Dörd hissə davam edən oyunda itlalyanlar yalnız üçüncü hissənin taleyini öz xeyirlərinə həll edə bildilər. Qalan üç hissədə isə üstünlük Azərbaycan paytaxtı voleybolçularının tərəfində oldu. Onların lideri Natalya Məmmədova və Sanya Staroviçin komandaya daha çox - hərəyə 18 xal qazandırdıqlarını da qeyd edək.
Ardıcıl iki qələbə sayəsində 6 xala malik bakılılar "E" qrupunun turnir cədvəlində vahid liderdirlər. İkinci yeri tutan "Aluprof"un (Polşa) 3 xalı vardır. Komandamız növbəti görüşü dekabrın 9-da səfərdə bu kluba qarşı keçirəcəkdir. Göründüyü kimi, iki turdan sonra Azərbaycan voleybolçuları pley-off mərhələsinə vəsiqə qazanmaq üçün özlərinə yaxşı zəmin yaratmışlar. İndi qalır bu müvəffəqiyyəti möhkəmləndirmək və daha da inkişaf etdirmək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında