Paralimpiadada doqquzuncu medalımız

 Sentyabrın 14-də, Braziliyanın  Rio-de-Janeyro şəhərində XV Paralimipya Oyunlarının növbəti yarış günü Azərbaycan idmançıları doqquzuncu medalın sevincini yaşamışlar.

Arxası üstə 100 metr məsafəyə üzgüçülük yarışlarında Roman Saley finişə ikinci çataraq (təmsilçimiz yalnız ukraynalı qalib Sergey Klippertdən geri qalmışdır) gümüş mükafat qazanmışdır. Onun qardaşı Dmitri isə həmin məsafədə dördüncü nəticə göstərmişdir.

Paralimpiadanın finişinə üç gün qalmış Azərbaycan komandasının hesabında 9 medal-1 qızıl, 6 gümüş və 2 bürünc mükafat vardır. Yığmamız bu göstərici ilə Rio-2016-da medal qazanmış 78 ölkənin siyahısında 38-ci mövqedədir. İlk üçlüyü isə Çin ( 75 qızıl, 58 gümüş, 39 bürünc medal ), Böyük Britaniya ( 43+24+28 ) və Ukrayna ( 31+23+27 ) təşkil edirlər.

 Oqtay BAYRAMOV,
 "Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında