Avropa çempionatında uğurla çıxış edən ağır atletlərimiz Vətənə qayıdıblar

Polşanın Novı Tomısl şəhərində keçirilən 15 və 17 yaşadək qızlar və oğlanlar arasında ağır atletika üzrə Avropa birinciliyində uğurla çıxış edən Azərbaycan millisinin üzvləri sentyabrın 15-də Vətənə qayıdıblar.

İdmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin, Azərbaycan Ağır Atletika Federasiyasının əməkdaşları, atletlərin qohumları və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

Otuz ölkədən 360 idmançının mübarizə apardığı yarışda komandamızın dörd üzvü fəxri kürsüyə qalxıb. On beş yaşadək oğlanların mübarizəsində Rüstəm Qasımov (50 kq) ümumilikdə 170 kiloqram (77+93) ilə çempionatda üçüncü yeri tutub. Turnirdə 17 yaşadək atletlərin mübarizəsində isə İsmayıl Məmmədov (50 kq) 174 kiloqram (81+93) nəticə ilə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.

Çempionatda 15 yaşadək oğlanların mübarizəsində Füqan Əliyev (62 kq) toplam 235 kiloqram (105+130) nəticə ilə qızıl medal qazanıb.

Yaşı 17-dək olan qızların yarışında Səbinə Əzimova (48 kq) 152 kiloqramı (65+87) başı üzərinə qaldıraraq karyerasında ikinci dəfə yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olub.

İkinci dəfə Avropa çempionu adını qazandığı üçün xoşbəxt olduğunu bildirən Səbinə Əzimova ölkəmizi Avropa birinciliyində layiqincə təmsil etdiyini deyib: “Son zamanlar millimizin adı dopinq qalmaqalında hallanır. Ancaq biz qələbəmizlə sübut etdik ki, ölkəmizdə idmanın bu növü sağlam təməl üzrə inkişaf edir. Azərbaycanın üçrəngli bayrağının Polşada dalğalanması və dövlət himninin səslənməsi çox qürurvericidir. Yarışa ciddi hazırlaşmışdıq və gərgin əməyimiz bəhrəsini verdi. Bizə yaradılan şəraitə görə rəhbərliyə təşəkkürümü bildirirəm”.

Avropa birinciliyinin qalibi Füqan Əhmədov mötəbər yarışda mükafatçılar sırasında yer aldığı üçün sevincini bölüşərək deyib: “Bundan sonra da çalışıb ölkəmizi layiqincə təmsil edəcəyəm. Polşada yarış çox gərgin keçdi. Rəqiblərim də çox güclü idmançılar idi. Sevinirəm ki, qızıl medal qazanıb fəxri kürsünün ən yüksək pilləsinə qalxdım”.

Sentyabrın 17-də başa çatacaq yarışda yığmamız hazırda komandalar və medal hesabında liderlər qrupunda qərarlaşıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında