Dünya çempionatında fərqlənən idmançılarla görüş

{nl}

Bu yaxınlarda Yaponiyada keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan idmançıları uğurla çıxış etmişlər. Həmin çempionatda ölkəmizi layiqincə təmsil etmiş cüdoçü Ramilə Yusubova və milli komandamızın məşqçiləri ilə Səbail Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov idmançıları və onların məşqçilərini salamlamış, Azərbaycan Cüdo Federasiyasının yaranması, təşəkkülü və fəaliyyəti barədə məlumat vermişdir. Başçı bildirmişdir ki, bu gün Azərbaycanda bir çox sahələrdə olduğu kimi idmanda da böyük irəliləyişlər baş verir. Bu, ölkə rəhbərliyinin fəaliyyəti, idmançılara, bütövlükdə ölkə idmana göstərilən dövlət qayğısından irəli gəlir. Cüdo respublikamızda çox sevilən idman növlərindəndir və əldə olunan nailiyyətlər hər zaman xalqımızı sevindirmişdir.
1992 və 2008-ci illərdə cüdoçularımız olimpiya oyunlarından Vətənə qızıl medalla qayıtmışlar. Onların uğurları ilbəil artır. Bütün bunlar isə ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin idmana olan qayğısının nəticəsi olmuşdur. Bu gün ulu öndərin siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyevin idmançılara qayğısının artması nəticəsində beynəlxalq səviyyədə uğurlarımız artmaqdadır. Ölkədə bir sıra olimpiya mərkəzləri, idman meydançaları tikilir, idmanın maddi-texniki bazası işkişaf etdirilir. Bu işlərin nəticəsidir ki, Azərbaycan idmançılarının uğurlu çıxışlarının sayı artıb.
Bir qədər əvvəl Yaponiyada keçirilən cüdo üzrə dünya çempionatında idmançılarımız yeni uğura imza atmışlar. İlk dəfə olaraq qadın cüdoçumuz, "Attila" idman klubunun üzvü Ramilə Yusubova dünya çempionatında 63 kq çəki dərəcəsincə 3-cü yerə çıxmışdır. A.Əsgərov bu nailiyyət münasibəti ilə idmançımızı və bu uğurda böyük əməyi olan məşqçiləri təbrik etmiş, onlara yeni-yeni uğurlar arzulamışdır. Ramilə Yusubovaya, cüdo üzrə yığma komandamızın baş məşqiçisi Ağayar Axundzadəyə, yığma komandanın məşqiçiləri Zair Məmmədova, idmançının şəxsi məşqiçisi İbad Şabanova və yeniyetmələrdən ibarət yığma komandanın məşqçisi Fərhad Məmmədova Səbail Rayon İcra Hakimiyyətinin mükafatları təqdim olunmuşdur. Yığma komandanın məşqiçisi Hacı Hacıəhmədov anadan olmasının 50 illiyi münasibəti ilə qiymətli hədiyyə ilə təltif olunmuşdur.
Ramilə Yusubova və yığma komandanın baş məşqiçisi Ağayar Axundzadə çıxış edərək idmançılara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnnətdarlıqlarını bildirmişdir.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında