Azərbaycan paralimpiyaçılarının Rio-2016-da növbəti uğurları

Azərbaycan idmançıları Braziliyanın Rio-de-Janeyro şəhərində davam edən XV Paralimpiya Oyunlarında növbəti medallarını qazanmışlar. Bu dəfə təmsilçilərimiz üzgüçülük və atletika yarışlarında fərqlənmişlər.

Dmitri Saley bras üsulu ilə 100 metr məsafəyə üzməkdə finişə ikinci çatmış, Yelena Çebanu isə uzununa tullanmaqda fəxri kürsünün ikinci pilləsinə yüksəlmişdir. Paralimpiyaçılarımızın bu uğurlarından sonra Azərbaycan komandasının medallarının sayı səkkizə çatmışdır.

Xatırladaq ki, cüdoçulardan Ramil Qasımov (73 kq) Oyunların çempionu olmuş, Bayram Mustafayev (66 kq), atletika yarışlarında Y.Çebanu 100 metr məsafəyə qaçışda və uzununa tullanmaqda, Kamil Əliyev də uzununa tullanma startlarında, D. Saley bras üsulu ilə 100 metr məsafəyə üzməkdə gümüş medal qazanmışlar, Rövşən Səfərov (cüdo, 81 kq) və yenə Y. Çebanu (200 metr məsafəyə qaçış) bürünc mükafatçılar olmuşlar.

Sentyabrın 14-də keçirilən yarışlaradək cəmi 78 ölkə idmançıları medal qazanmışlar. Azərbaycan komandası 1 qızıl, 5 gümüş və 2 bürünc mükafatla ümumi hesabda 38-ci yerdədir.

İlk beş pillədə isə Çin (62+51+30), Böyük Britaniya (34+18+22), Ukrayna (27+20+24), ABŞ (20+20+19) və Braziliya (10+21+12) komandaları irəliləyirlər.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında