Azərbaycan Hindistana qalib gəlib Çinə rəqib oldu

Bakıda tədricən finişə yaxınlaşmaqda olan ­42-ci Ümumdünya Şahmat Olimpiadasında uğurlu çıxışları ilə diqqət mərkəzində olan Azərbaycanın qadınlardan ibarət birinci komandası yeddinci turda Hindistan yığması ilə matçda da əsl qələbə əzmi nümayiş etdirmiş və məqsədinə çatmışdır-2,5: 1,5 (Zeynəb Məmmədyarova-Harika Dronovalli-heç-heçə, Günay Məmmədzadə-Rout Ridmani-1:0, Gülnar Məmmədova-Taniya Sacdev -1:0, Aydan Höcətova-Sanitan Soumya -0:1).

Bu turda liderlərin iştirakı ilə keçirilmiş görüşlər belə nəticələnmişdir: Rusiya -Polşa- 2:2, Çin -Ukrayna- 2,5 : 1,5, ABŞ -Rumıniya- 2,5:1,5.

Yeddi matçda beş qələbə qazanıb,  iki görüşdə rəqibləri ilə heç-heçəyə razılaşan Azərbaycanın birinci komandası Hindistanla görüşdə müvəffəqiyyətdən sonra xalların miqdarına görə liderlərə çatmışdır. Yeddi turdan sonra ilk üç yeri hərəyə 12 xal toplayan Rusiya, Çin və Azərbaycan yığmaları tuturlar. ABŞ və Hollandiya da liderlərlə eyni nəticə göstərmişlər, amma əlavə göstəricilərə görə onlardan geri qalırlar. Altıncı–onuncu yerləri bölüşdürən Polşa, Ukrayna, Macarıstan, İsrail və Türkmənistan yeddi turu 11 xalla başa vurmuşlar.

Kişi qrossmeysterlərimizin də birinci komandası ötən turda qələbə qazanmışdır. Xorvatiya ilə matçda (3,5:0,5) Şəhriyar Məmmədyarov İvan Sariçlə heç-heçə oynamış, Teymur Rəcəbov Mladen Palaçı, Rauf Məmmədov Zdenko Kozulı, Eltaç Səfərli Ante Brkiçi məğlubiyyətə uğratmışlar.

Daha bir neçə matçın nəticələri: Hindistan-ABŞ -0,5:3,5, Latviya-Hollandiya-3:1 Rusiya-Çexiya -3,5:1,5, Gürcüstan -Rumıniya -3:1, Ukrayna-Kanada -2,5:1,5, Türkiyə-Norveç -1,5:2,5, ­İran-Monqolustan -3,5:0,5.

Yeddi turdan sonra ABŞ komandası vahid lider mövqeyinə yüksəlmişdir-13 xal. Rusiya, Gürcüstan, Ukrayna, Hindistan, İngiltərə və Latviya yığmaları 12, Azərbaycan şahmatçıları 11 xal toplamışlar.

Dünən 8-ci turun matçları oynanılmışdır. Azərbaycan komandalarının iştirakı ilə keçirilən görüşlər belə nəticələnmişdir:

 

Kişilər.

Azərbaycan 1-Latviya – 2,5-1,5

Azərbaycan 2-Finlandiya – 3-1

Azərbaycan 3-Dominikan
      Respublikası – 2,5-1,5

 

Qadınlar.

 Azərbaycan 1-Çin – 0,5-3,5

Azərbaycan 2-Sinqapur – 3-1

Azərbaycan 3-Peru – 2-2

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında