Fabiano Karuana: Belə gözəl şəraitdə yalnız oynamaq qalır

Ümumdünya Şahmat Olimpiadasında bir günlük istirahətdən sonra yarış sahiblərinin birinci komandasının Yunanıstanla heç-heçə oynadığı 6-cı turda ( ilk iki taxtada Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov müvafiq surətdə Dimitrios Mastrovasilis və Xristos Banikas ilə xalı yarı bölmüşlər, digər iki taxtada Arkadi Naydiç Atanasios Matrovasilisə uduzmuş, Eltac Səfərli Stelios Xakiasa qalib gəlmişdir ) Vasif Durarbəyli, Nicat Abbasov, Qədir Hüseynov, Namiq Quliyevdən ibarət ikinci yığmamız 1,5:2,5 hesabı ilə rumınlara uduzmuş, Vüqar Əsədli , Abdulla Qədimbəyli, Məhəmməd Muradlı, Pərviz Qasımov isə üçüncü komandanın tərkibində Qana şahmatçıları üzərində tam üstünlüklə qələbə qazanmışlar - 4:0.

Bu turda liderlik uğrunda mübarizədə mühüm əhəmiyyət kəsb edən daha bir neçə matç belə nəticələnmişdir:  Almaniya--Rusiya-- 1:3, Hindistan--Hollandiya-- 2,5:1,5, ABŞ-Ukrayna-2,5:1,5, Çexiya-Gürcüstan-2:2, Çin-Argentina-2,5:1,5.

Altı raunddan sonra turnir cədvəlində bütün matçları qələbə ilə başa vuran hindistanlı qrossmeysterlərin komandası vahid lider mövqeyində möhkəmlənmişdir -12xal. Onun ən yaxın izləyicisi ABŞ yığması 11 xala malikdir. Üçüncü-on ikinci yerləri bölüşdürən Hollandiya, Çexiya, Gürcüstan, Çin, Ukrayna, Kanada, Rusiya, Latviya, İngiltərə və Rumıniya şahmatçıları 10 xal toplamışlar. Azərbaycanın birinci komandası 9 xalla 13-cü pillədədir. Digər iki yığmamız isə müvafiq surətdə 8 və 6 xal toplayaraq, 34-cü və 86-cı yerləri tuturlar.

Hesabat turunda ABŞ komandasının ukraynalı qrossmeysterlər üzərində qələbəsindən sonra bu matçda amerikalıların müvəfəqiyyətini birinci taxtada Pavel Elyanov ilə görüşdə dəqiq gedişlərlə təmin edən Fabiano Karuana Olimpiadanın mətbuat xidmətinə müsahibəsində bildirmişdir ki, hələlik işlərimiz çox yaxşı gedir. Məğlubiyyətimiz yoxdur, üstəlik də, Rusiya və Çin kimi komandalardan irəlidəyik. Yarış yüksək səviyyədə keçirilir. Təşkilatçılar çox böyük iş görmüşlər. Bu, aydın görünür. Belə gözəl şəraitdə yalnız oynamaq qalır.

Azərbaycanın qadınlardan ibarət birinci komandası da ilk altı turda məğlubiyyətə uğramayıb. Yığmamız ardıcıl dörd qələbədən və bir heç-heçədən sonra növbəti turda Gürcüstanla matçda da inamla çıxış etmiş, medallara əsas namizədlərdən biri ilə xalları yarı bölmüşdür-2:2. Bu görüşdə Zeynəb Məmmədyarova Nana Dzaqnidzeyə uduzmuş, Gülnar Məmmədova Nino Batsiaşviliyə qalib gəlmiş, Günay Məmmədzadə və Nərmin Kazımova rəqibləri ilə heç-heçəyə razılaşmışlar.

Azərbaycan 2-Çexiya matçında 2:2 hesabı qeydə alınmış, Azərbaycan 3-Çili görüşündə isə şahmatçılarımız qələbə qazanmışlar-3:1.

Turun daha bir neçə prinsipial matçının  nəticələri:

Ukrayna-Rusiya-2:2, Rumıniya-Çin-2:2, Qazaxıstan-Macarıstan-2:2, Polşa-Vyentam-3:1, Hindistan-Latviya-2,5:1,5.

Turnir cədvəlinə hərəyə 11 xala malik Rusiya və Ukrayna komandaları başçılıq edirlər. Üçüncü-onuncu pillələrdə irəliləyən Polşa, Rumıniya, Hindistan, Azərbaycan 1, Çin, ABŞ və Hollandiya 10 xal toplamışlar. Azərbaycan 3 və Azərbaycan 2 komandaları  7 xalla 37-ci və 38-ci mövqelərdədir. Tərkibində Azərbaycan şahmat məktəbinin yetirməsi Xəyalə İsgəndərovanın da çıxış etdiyi Türkiyə komandası ilk altı turu 8 xalla 25-ci yerdə başa vurmuşdur.

Dünən yeddinci turda Azərbaycan komandalarının iştirakı ilə  keçirilmiş matçların nəticələri:

Kişilər.

Azərbaycan 1-Xorvatiya-3,5:0,5

Azərbaycan 2-Venesuela -2:2

Azərbaycan 3-İCCD  (Beynəlxalq Kar-Lal Şahmatçılar İttifaqı )-1,5:2,5

Qadınlar.

Azərbaycan 1-Hindistan-2,5:1,5

Azərbaycan 2-Belarus-3,5:0,5

Azərbaycan 3-Boliviya-2,5:1,5

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında