Azərbaycan II Ümumdünya Köçərilər Oyunlarında 15 medal qazanmışdır

2016-cı il sentyabr ayının 3-dən 8-dək Qırğızıstanın Çolpon-Ata şəhərində II Ümumdünya Köçərilər Oyunları keçirilmişdir. Oyunlara 62 ölkədən 500-dən çox idmançı qatılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Gənclər və İdman naziri  Azad Rəhimovun başçılıq etdiyi böyük nümayəndə heyəti bu oyunlarda iştirak etmişdir.

Həmçinin, II Ümumdünya Köçərilər Oyunları çərçivəsində, sentyabr ayının 3-dən 7-dək Qırğızıstanın Kırçın bölgəsində və Çolpon-Ata şəhərinin cıdır meydanında böyük mədəni tədbirlər keçirilmişdir. Tədbirlərdə Qırğızıstan Prezidenti, Prezident Aparatının, hökumətin və parlamentin yüksək vəzifəli şəxsləri iştirak etmişlər. 

İdmançılarla yanaşı,  Azərbaycandan jurnalistlər də bu oyunlara dəvət olunublar. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin rəhbərliyi ilə  Qırğız Respublikasına səfər edən jurnalistlər arasında "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "İlham" qəzetinin baş redaktoru Əmir Pəhləvan, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Asiya üzrə müxbiri Füzuli Məcidli və digər tanınmış jurnalistlərimiz var.

Azərbaycan həmçinin, mədəni tədbirlərdə də iştirak etmişdir. Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayevin rəhbərliyi ilə Azərbaycanın Xalq artisti, opera müğənniləri Fidan Hacıyeva və Ələsgər Əliyev, həmçinin   Sahib Paşazadə, Hüseyn Məlikov və Toğrul Əsədullayevdən ibarət  "üçlük qrupu" Qırğız Respublikasında olmuşlar. Çoxsaylı tamaşaçı auditoriyası sənətçilərimizin çıxışlarını hərarətlə qarşılamışdır.

Qeyd olunmalıdır ki, 2013-cü ilin avqust ayının 16-da Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçılarının III Sammitində qəbul olunan qətnaməyə əsasən, 2014-cü ildən başlayaraq Ümumdünya Köçərilər Oyunları keçirilməyə başlanmışdır. Bu oyunların türkdilli dövlətlər arasında gələcək  əməkdaşlığın və dostluğun genişlənməsində və dərinləşməsində böyük töhfəsi olacaqdır.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin ölkədə idmana, xüsusilə, milli idman növlərimizin inkişafına  göstərdiyi qayğı hər zaman dünya ölkələrinin diqqət mərkəzində olmuşdur.

Azərbaycan bütün idman növlərində olduğu kimi, Köçərilər Oyunlarında da uğurla çıxış etmiş, 62 ölkə arasında 15 medal (4 qızıl, 4 gümüş, 7 bürünc) qazanaraq 5-ci yeri tutmuşdur.

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında