Azərbaycan idmançıları Qırğızıstanda keçirilən İkinci Dünya Köçəri Oyunlarında doqquz medal qazanıblar

Qırğızıstanın İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərində keçirilən İkinci Dünya Köçəri Oyunlarında Azərbaycan idmanın müxtəlif növləri üzrə dörd qızıl, üç gümüş, iki ­bürünc medal qazanıb.

Bu böyük idman bayramında dünyanın 62 ölkəsi təmsil olunur. Oyunlarda idmanın 23 növü üzrə yarışlar keçirilir.

Azərbaycanı mötəbər yarışda idmanın doqquz növü üzrə 38 idmançı, 6 hakim, 5 məşqçi təmsil edir. Ölkəmiz yarışlara geniş tərkibli nümayəndə heyəti ilə qatılıb. Oyunları Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycandan olan jurnalistlər də izləyirlər.

Oyunların proqramına 20-dən çox, o cümlədən güləş, at çapma, oxatma, ənənəvi intellektual oyunlar, milli ov növləri üzrə yarış daxil edilib.

Qulu Kəngərli,
AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında