Azərbaycanın qadınlardan ibarət birinci komandası Şahmat Olimpiadasında ilk beşlikdə qərarlaşıb

Sentyabrın 6-da “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının beşinci turu keçirilib.

AZƏRTAC xəbər verir ki, Olimpiadanın beşinci günündə 42-ci Ümumdünya Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov “Baku Crystal Hall”a gələrək şahmatçılarımızla görüşüb, yarışların gedişini izləyiblər.

Olimpiadanın beşinci turunda qadınların yarışında Azərbaycanın əsas komandası Almaniya yığmasını məğlub edib - 3:1. İkinci millimizin üzvləri ispaniyalı rəqiblərinin müqavimətini qıra bilməyiblər - 2:2. Üçüncü komandamız isə Özbəkistan yığmasına məğlub olub – 1:3.

Kişilərin yarışında isə əsas komandamız güclü Hindistan yığması ilə qarşılaşmadan məğlub ayrılıb - 1:3. İkinci komandamız Türkmənistan millisi üzərində təmiz qələbə qazanıb - 4:0. Azərbaycanın üçüncü komandası isə Zimbabve yığması ilə görüşdə uğur qazana bilməyib - 1,5:2,5.

Qadınlardan ibarət əsas komandamız 9 xalla ilk beşlikdə qərarlaşıb. Azərbaycanın kişilərdən ibarət birinci komandası isə 8 xalla doqquzuncu sıradadır.

Bakı Şahmat Olimpiadasında rekord sayda komanda iştirak edir. Kişilərin turnirində 181, qadınların yarışlarında isə 142 milli komanda mükafatlar uğrunda mübarizə aparır. Olimpiadaya sentyabrın 13-də yekun vurulacaq. Sentyabrın 7-də Olimpiadada istirahət günüdür.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında